Hesablama Palatası “Bakı Metropoliteni” QSC-nin maliyyə fəaliyyətində bir sıra nöqsanlar aşkarlayıb.
“Palata 2016-2017-ci illərdə “Bakı Metropoliteni” QSC-nin maliyyə-təsərrüfat fəaliyyətinin auditini aparıb. Audit ümumilikdə 561 mln. 153,7 min manat məbləğində vəsaiti əhatə edib”, - deyə Hesablama Palatasının məlumatında bildirilir.
Qeyd olunur ki, cəmiyyətin istismar və investisiya xərcləri üzrə bir sıra müqavilələrin bağlanılması və icrası prosesində uyğunsuzluqlara yol verilib, 4 halda müqavilə üzrə bank zəmanətlərinə əsasən 2016-cı ildə vəsaitlərin köçürülməsinə baxmayaraq, müvafiq mallar idxal edilməyib və debitor borcların bağlanılması istiqamətində zəruri tədbirlər görülməyib, 2016-cı ilin yekunları üzrə mənfəət vergisi bəyannaməsində gəlirdən çıxılan xərclərinin tərkibində enerji xərcləri düzgün göstərilməəyib, bəzi xərclər gəlirdən çıxılan xərclərə daxil edilib, maya dəyərinin artırılması hallarına yol verilib, balans zərəri artırılıb. Mallar (işlər və xidmətlər) satın alınarkən satınalma metodundan istifadə edilmədən müqavilələr bağlanılıb və icraçılardan satınalma müqaviləsinin yerinə yetirilməsinin təminatı alınmayıb.
Bundan başqa, yoxlama zamanı ƏDV məbləğinin artıq əvəzləşdirilməsi, 2017-ci ildə qara və əlvan metalın satışı ilə bağlı faktiki dövriyyə məbləğinin vergi orqanına təqdim edilən ƏDV bəyannamələrində azaldılması hesabına büdcəyə ödənilməli ƏDV məbləğinin büdcəyə köçürülməməsi və digər pozuntular aşkarlanıb.
““Bakı Metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planında nəzərdə tutulmuş 24 tədbirdən 19 tədbir üzrə işlər başa çatdırılmayıb, “Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi”nin həyata keçirilməsi məqsədilə “Bakı Metropoliteninin 2016-2020-ci illərdə inkişafına dair Dövlət Proqramı”nın layihəsinin aidiyyəti dövlət orqanları ilə razılaşdırılmaqla təsdiq edilməsi təmin edilməyib”, - deyə Hesablama Palatası qeyd edir.
Hesablama Palatasının Kollegiyası “Bakı Metropoliteni” QSC-də yol verilmiş nöqsanların aradan qaldırılması, o cümlədən Metropolitenə məxsus dövlət əmlakından istifadənin səmərəliliyini artırmaqla əlavə gəlirlərin əldə olunması imkanlarından tam istifadə edilməsi, cəmiyyətin istismar fəaliyyəti üzrə əmək haqqı və əmək haqqına bərabər tutulan ödəmələrin Əmək Məcəlləsinin və bu sahəni tənzimləyən digər qanunvericilik aktlarının tələbləri əsasında hesablanılıb ödənilməsi, Metropolitenin fəaliyyəti, o cümlədən istismar və tikinti sahələri üzrə fəaliyyətin təkmilləşdirilməsi, xərclərin optimallaşdırılması, nəticəliliyinin artırılması, xüsusilə sərnişindaşıma xidmətinin keyfiyyətinin, eləcə də təhlükəsizlik səviyyəsinin yüksəldilməsi, elektrik enerjisi ilə fasiləsiz və davamlı təchizatın təmin edilməsi, səmərəsiz xərclərin qarşısının alınması, eləcə də nöqsanlara yol vermiş vəzifəli şəxslər üzrə qanunvericiliklə müəyyən olunmuş qaydada zəruri tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verib.
Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir. Hazırda metropoliten 2 xətt (yaşıl və qırmızı) və 24 stansiyadan ibarətdir. Bakı Metropolitenində sərnişin daşımalarının illik həcmi 200 mln. nəfər təşkil edir.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət