Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2018-ci il dövlət vəsaitlərinin idarə edilməsi üzrə dünyanın ən nüfuzlu 100 investoru siyahısına daxil edilib. Bu barədə Fonddan məlumat verilir.
“ARDNF Suveren Fondlar İnstitutunun “Public Investor 100” reytinqində 10-cu yerdə qərarlaşıb. Siyahıya mövcud şəraitdə vəsaitlərin idarə edilməsində fərqlənən dünyanın böyük suveren fondları, pensiya fondları, ianə fondları, mərkəzi bankları və s. təşkilatlar arasından seçilmiş ən nüfuzlu investorlar daxil edilib”, - məlumatda deyilir.
Renkinq Suveren Fondlar İnstitutu tərəfindən qurumların fəaliyyətlərində tətbiq etdiyi innovasiyalar, xüsusi proqramlar, maliyyələşdirmə mexanizmləri, gəlirlilik göstəriciləri, mövcud şərait, həyata keçirilmiş təşəbbüslər kimi kriteriyalar nəzərə alınmaqla tərtib edilib.
Xəbər verildiyi kimi, 2018-ci il iyunun 30-na ARDNF-in aktivləri $38 mlrd. 36,06 mln., investisiya portfeli $37 mlrd. 770,43 min təşkil edib.
2018-ci ilin birinci yarısı ərzində Fondun investisiya portfelinin 76,4%-i istiqrazlarda və pul bazarı alətlərində, 14,1%-i səhmlərdə, 6%-i daşınmaz əmlakda, 3,5%-i qızılda yerləşdirilib. 1999-cu ildə yaradılmış ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət