Azərbaycan tərəfi “Formula-1” yarışlarının rəhbərliyi ilə qüvvədə olan müqavilənin uzadılmasına dair danışıqlar aparır. Bu barədə Bakı Şəhər Halqasının Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai məlumat verib.
Qüvvədə olan müqavilənin müddəti 2020-ci ildə bitir. Öncə məlumat verilib ki, tərəflər müqavilənin daha 5 il müddətinə - 2025-ci ilə qədər uzadılmasına dair danışıqlar aparırlar.
“Formula-1” yarışlarının keçirilməsinə dair müqavilənin uzadılmasına dair danışıqlar davam edir. Hər iki tərəf müqavilənin uzadılmasında maraqlıdır”, - N.Arpadarai bu gün brifinqdə bildirib.
Onun sözlərinə görə, razılıq əldə olunandan sonra bu barədə ictimaiyyətə məlumat veriləcək. “Azərbaycanda “Formula-1” yarışlarının keçirilməsi turizmin inkişafına stimul verir”, - N.Arpadarai qeyd edib.
Öncə “Baku City Circuit”in icraçı direktoru Arif Rəhimov bildirib ki, yarışın təşkilatçıları onun keçirilmə hüququna görə ödənilən məbləğin azaldılmasına çalışırlar. Çünki Azərbaycan digər promouterlərlə müqayisədə iki dəfə çox vəsait ödəyir.
“Formula-1” yarışlarının Azərbaycandakı mərhələsi 2016-cı ildən etibarən keçirilir. Birinci il “Avropa Qran-pri”si, 2017-ci ildən etibarən isə Azərbaycan Qran-prisi adlanır. **
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət