Azərbaycanda əhalinin 2030-cu ilədək İnkişaf Proqramı Layihəsi hazırlanıb. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
“Proqramın ən vacib prioritelərindən biri oğlanlarla qızlar arasında doğum nisbətinin bioloji normaya yaxınlaşdırılmasıdır”, - S.Babayev cümə günü Bakıda Gender əsaslı cinsi seçimin qarşısının alınması və aidiyyəti cavab tədbirlərinin görülməsinə dair Milli Fəaliyyət Planı layihəsinin təqdimatı zamanı deyib.
Onun sözlərinə görə, son illər Azərbaycanda bu sahədə müsbət tendensiyalar baş verir.
“Əgər təxminən 10 il əvvəl Azərbaycanda 100 yeni doğulmuş qız uşağına 118 oğlan düşürdüsə, bu gün bu fərq azalaraq 114 yeni doğulmuş oğlana 100 qızdan ibarətdir”, - deyə nazir əlavə edib ki, bioloji normalara əsasən, oğlanların qizlara nisbətdə doğum rəqəmi 105-107-nin100-ə təşkil etməlidir.
S.Babayev qeyd edib ki, Azərbaycanda əhalinin orta attımı illik 1% təşkil edir. “Ölkədə əhalinin artımı orta hesabla illik 1% təşkil edir. Əgər ölkədə əmək bazarlarına illik orta hesabla 100 mindən artıq gənc vətəndaşın qəbul olunduğunu nəzərə alsaq, bu, məşğulluqla bağlı probelmlər yaradır. Bütövlükdə, 14 yaşdan 29 yaşadək gənclər Azərbaycan əhalisinin 25,4%-ni təşkil edir”, - nazir vurğulayıb.
Onun sözlərinə görə, əhalinin məşğulluqla təminatı da Azərbaycan rəhbərliyinin yürütdüyü siyasətin prioritet istiqamətidir.
O cümlədən, S.Babayev ölkə əhalisinin orta həyat ömrünün uzandığını qeyd edib.
“Yeni doğulmuş oğlanların qızlarla müqayisədə nisbətinin pozulması gələcəkdə dinamika və əhalinin ümumi strukturu nöqteyi-nəzərindən mənfi nəticələrə səbəb olacaq” - BMT-nin Əhali Fondunun Azərbaycan Nümayəndəliyinin baş müşaviri Fərid Babayevöz növbəsində bəyan edib.
Onun sözlərinə görə, cinsi nisbətin pozulması zamanı ailə qurmaq, qadınlara qarşı zorakılıqla bağlı problemlər meydana gəlir, erkən nikahların sayı artır.
Həmçinin, Avropa İttifaqının Bakıdakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas qeyd olunan problemin həlli məqsədilə mexanizmlərin yaradılması zərurətini qeyd edib.
Gender əsaslı cinsi seçimin qarşısının alınması və aidiyyəti cavab tədbirlərinin görülməsinə dair Milli Fəaliyyət Planı Avropa İttifaqının maddi dəstəyi ilə hazırlanıb. **
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət