SOCAR şirkəti (ARDNŞ) Rusiyadan “Aİ-92” markalı benzin idxalına başlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətin İctimaiyyətlə əlaqələr üzrə nümayəndəsi İbrahim Əhmədov deyib.
“Ümumilikdə, Rusiyadan 30 min tona yaxın “Aİ-92” markalı benzin idxalı planlaşdırılır, Avropadan da eyni həcmdə. O cümlədən, 10-15 min ton benzin Türkmənistandan idxal oluna bilər. İlk tədarük Rusiyadan həyata keçirilir, 16 min tona yaxın yanacaq artıq yüklənib, bunun 8,7 min tonu artıq Azərbaycana gətilirilib”, - İ.Əhmədov qeyd edib.
O izah edib ki, ilki BNEZ-də müəssisədə qrafikə uğun təmir işlərinin həyata keçirildiyi dövr üçün müəyyən həcmdə ehtiyat yanacaq istehsal olunur. Lakin, zavodda palalel olaraq daha keyfiyyətli yanacağın istehsalına yönələn modernləşmə işləri aparılması səbəbindən, təmir işlərinin müddəti də uzanır.
“Məhz bu səbəbdən xaricdən illik müvəqqəti benzin idxalına zərurət yaranır. Təmir işlərinin əvvəlində daxili bazarda “Aİ-92” markalı benzinə tələbat daxili ehtiyatlar, sonrakı günlər isə idxal hesabına ödənilir”, - İ.Əhmədov qeyd edib.
Onun sözlərinə görə, noyabrın əvvəlindən etibarən BNEZ-nin ayrı-ayrı qurğularında istehsalın tədricən tam bərpası planlaşdırılır.
1 oktyabr 2018-ci il tarixindən etibarən SOCAR şirkəti (ARDNŞ) tərəfindən Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun fəaliyyəti qismən illik təmirə dayandırılıb.Təmir işləri orta hesabla bir aya yaxın davam edəcək.
BNEZ-nin qrafik üzrə təmirə bağlanması daxili tələbatın ödənilməsi məqsədilə “Aİ-92” markalı benzinin Azərbaycana idxalına zərurət yarada bilər. Söhbət 80 min tonadək benzin ixracından gedir
Nazirlər Kabinetinin 1 oktyabr 2018-ci il tarixli qərarı ilə 95 və 92 oktan ədədi ilə benzinlər 90 gün müddətinə idxal rüsumundan azad edilib.ndiyə qədər bu mühərrik benzinləri gömrük dəyərinin 15%-i həcmində idxal rüsumuna cəlb edilib. **
BNEZ-də yalnız “Aİ-92” markalı benzin istehsal olunur. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət