“Meliorasiya və Su Təsərrüfatı” ASC sahilbərkitmə, təmir və tiinti işlərinə 10 mln. manata yaxın vəsait yönəldəcək.
www.tender.gov.az saytında dərc olunan materiallara əsasən, “Meliorasiya və Su Təsərrüfatı” ASC 9 mln. 642,45 min manat ümumi məbləğdə 10 müqavilə imzalayıb.
Belə ki, “Lənkəransutikinti-LST” MMC Lənkəran rayonu ərazisində su təsərrüfatı obyektlərinin bərpası və rayon ərazisindəki çaylarda sahilbərkitmə işləri daxilində nəzərdə tutulan obyektlərin tikintisini (Viravul və Ulumçay çayları) nəzərdə tutan müqavilə imzalanıb. Müqavilənin dəyəri 1 mln. 2,95 min manat təşkil edib.
347,7 min manat məbləğində daha bir müqavilə Lənkəran Melioservis İdarəsi ilə Astara rayonunun Astara və Pensər çaylarında sahilbərkitmə işlərinin (Astara çayı üzrə) həyata keçirilməsi üçün imzalanıb.
“Sutikinti-Təmir” MMC ilə Gədəbəy rayonu ərazisində Narzan çayında sahilbərkitmə işlərinin həyata keçirilməsinə dair 121,9 min manat məbləğində müqavilə imzalanıb.
“Girdiman Təmir-Tikinti” ММC ilə Ağsu rayonu ərazisində Ağsuçayda sahilbərkitmə işlərinin həyata keçirilməsinə dair 634,8 min manat məbləğində müqavilə imzalanıb.
“Odjakhi-2006” MMC ilə Qazax rayonunun Şıxlı arxının baş qurğusunun və kanalın Xram çayının sel və daşqın sularından mühafizə tədbirlərinə dair 473 min manat məbləğində müqavilə imzalanıb.
“Qarabağ-ER” MMC Ağcabədi rayonu ərazisində Qarqarçay çayının sel sularından mühafizəsi tədbirləri üçün 298 min manat məbləğində müqavilə imzalanıb.
“Afgan Holding” MMC ilə 1 mln. 83,7 min manat məbləğində müqavilə imzalanıb. Müqavilə Şəki rayonu ərazisində Kişçay, Şinçay, Daşaqılçay və digər çaylarda sahilbərkirmə işləri (Şin çayı); Zaqatala rayonu ərazisində Tala, Muxax, Qanıx, Katex və digər çaylarda sahilbərkitmə işləri (Siliban çayı );Qax rayonu ərazisində Kürmükçay, Qaşqaçay, Qanıx, Qum , Zərnə və digər çaylarda sahilbərkitmə işləri (Zərnə çayı üzrə); Balakən rayonu ərazisində Mazım, Balakən, Katex və digər çaylarda sahilbərkitmə işlərinin (Qanıx çayı üzrə) həyata keçirilməsini nəzərdə tutur.
“Səyyar Mexanikləşdirilmiş Dəstə” MMC ilə 442,9 min məbləğində müqavilə imzalanıb. Müqavilə İsmayıllı rayonu ərazisində Göyçay, Girdimançay və digər çaylarda sahilbərkitmə işləri (Göyçay çayı);Oğuz rayonu ərazisində Qala, Daşağılçay və digər çaylarda sahilbərkitmə işlərinin (Daşağıl çayı) həyata keçirilməsini nəzərdə tutur.
“Körpü-Bina-Tikinti” ilə MMC Göyçay rayonu ərazisində Göyçay çayında baş su qəbuledici qurğunun təmir-bərpası və selə qarşı mühafizə tədbirlərinin (Göyçay çayı, I mərhələ) həyata keçirilməsinə dair 4 mln. 44,5 min manat məbləğində müqavilə imzalanıb.
Daha bir müqavilə Qusar rayonu ərazisində Qusar və Samur çaylarında sahilbərkitmə işləri (Samur çayı); Qəbələ rayonu ərazisində Türyançay, Bumçay, Tikanlıçay, Dəmiraparançay və digər çaylarda sahilbərkitmə işlərinin (Dəmiraparan çayı üzrə, II mərhələ) həyata keçirilməsi üzrə “Avropa-Asiya İnşaat Korporasiyası Evrascon” ASC ilə imzalanıb. Müqavilənin dəyəri 1 mln. 193 minmanatdır. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət