2019-cu ildə Azərbaycanda səhiyyə sahəsində dövlət proqramlarının reallaşdırılmasına xərclərin 53% artırılması planlaşdırılır. Bunu Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanovdeyib.
“Bu gün Azərbaycanda səhiyyə sahəsində ağır patologiyalı xəstələrin effektiv müalicəsinin təminatına yönələn 16 dövlət proqramı reallaşdırılır. Həmin proqramların həyata keçirilməsinə 2019-cu il dövlət büdcəsindən 2018-ci ilin göstəricisindən 53% artıq vəsaitin ayrılması nəzərdə tutulur”, - Ə.Əmiraslanovçərşənbə axşamı bir neçə parlament komitələri tərəfindən 2019-cu il dövlət büdcəsi layihəsinin birgə müzakirəsi zamanı bildirib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri məlumat verir.
Ə.Əmiraslanovun sözlərinə görə, 2019-cu ildə qeyd olunan dövlət proqramlarının maliyyələşdirilməsinə xərclər 233 mln. manat təşkil edəcək.
O vurğulayıb ki, yalnız gələn il şəkərli diabet və böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin müalicəsinə maliyyələşdirmənin həcmini 15 mln. manat artırmaq nəzərdə tutulur.
“O cümlədən, bütövlükdə səhiyyə sahəsinə büdcə xərclərinin artımını qeyd etmək lazımdır. Bu məqsədlər üçün xərclər 309 mln. manat artırılacaq, onların xüsusi çəkisi 4,2% təşkil edəcək”, - Ə.Əmiraslanov bildirib.
“Yaxın gələcəkdə icbarı tibbi sığorta sisteminə keçəcəyik”, - komitə sədri qeyd edib. **
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət