Maliyyə və Xarici İşlər nazirliklərinin nümayəndələrindən ibarət xüsusi İşçi qrupu xaricdə çalışan Azərbaycan diplomatlarının əmək haqlarının artırılması imkanlarını müzakirə edəcək. Bunu maliyyə naziri Samir Şərifov deyib.
“Maliyyə Nazirliyi XİN ilə birlikdə xaricdə çalışan diplomatlarının əmək haqlarının artırılması imkanlarını dəyərləndirmək məqsədilə İşçi qrupu yaradıb”, - S.Şərifov çərşənbə günü parlamentin bir neçə komitələrinin 2019-cu ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə həsr olunan birgə iclasında bildirib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin parlament müxbiri məlumat verir.
Həmçinin, nazir məlumat verib ki, xarici ezamiyyə xərclərinin artırılması məsələsini hökumət mütəmadi olaraq müzakirə edir.
“2019-cu ilin dövlət büdcəsi layihəsində ölkə daxilində ezamiyyə xərclərinin artırılması üçün vəsaitin ayrılmasını nəzərdə tutmuşuq. Xarici ezamiyyə xərclərinin artırılması məsələsini mütəmadi müzakirə edirik”, - S.Şərifov vurğulayıb.
Nazirin sözlərinə görə, 2019-cu ildə bu məsələ nəzərdən keçiriləcək. **
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət