Azərbaycan hökuməti 2020-2021-ci illərdə əsas kapitala kapital qoyuluşlarını 55 mlrd. 815,2 mln. manat həcmində proqnozlaşdırır.
“İnterfaks-Azərbayan” agentliyinin əldə etdiyi hökumətin proqnozlarına əsasən, 2020-2022-ci illərdə ölkə iqtisadiyyatına xarici investisiyaların həcmi 17 mlrd. 125,7 mln. manat və ya əsas kapitala bütün sərmayələrin 30,7%-ni təşkil edəcək.
Hökumətin qiymətləndirmələrinə görə, 2020-ci ildə əsas kapitala investisiyaların nominal həcmi 18 mlrd. 440,4 mln. manat (2019-cu illə müqayisədə real ifadədə 2,3% artım), 2021-ci ildə - 18 mlrd. 289,2 mln. manat (2020-ci illə müqayisədə azalma 1,6%), 2022-ci ildə - 19 mlrd. 85,6 mln. manat (artım 3,6%) təşkil edəcək.
2020-ci ildə əsas kapitala xarici investisiyalarının həcmi 6 mlrd. 359,3 mln. manata (azalma 15,7%), daxili investisiyalarının həcmi 12 mlrd. 81,1 mln. manata (artım 15,2%), 2021-ci ildə müvafiq olaraq 5 mlrd. 169,4 mln. manat və 13 mlrd. 119,8 mln. manat, 2022-ci ildə - müvafiq olaraq 5 mlrd. 597 mln. manat və 13 mlrd. 488,6 mln. manat təşkil edəcək.
Proqnozlara əsasən, 2020-2022-ci illərdə neft-qaz sektorunda investisiyaların ümumi həcmi 19 mlrd. 696,1 mln. manat, qeyri-neft sektoruna - 36 mlrd. 119,1 mln. manat təşkil edəcək.
Xəbər verildiyi kimi, 2018-ci ilin yekunları üzrə Azərbaycan hökuməti əsas kapitala investisiyaları 17 mlrd. 349,7 mln. manat səviyyəsində proqnozlaşdırır.
2017-cı ildə əsas kapitala investisiyalar 2,8% artıb. **
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət