Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyev hesab edir ki, bank sektoru 2015-ci ildə yaranmış problemlərdən sonra bərpa olunub.
"2018-ci ilin 9 ayı ərzində ölkənin bank sektoru artım nümayiş etdirib ki, bu da onun 2015-ci ildə yaranmış problemlərdən sonra bərpa olunduğunu göstərir. Cari ilin üç rübü ərzində bank sektorunun aktivləri 4,6%, kredit portfeli 5%, əhalinin banklardakı əmanətləri 8,4% artıb, bank sektorunun kapitallaşmasında da artım olub", - deyə o, bu gün Bakıda keçirilən III Beynəlxalq Bankçılıq Forumunda bildirib.
Sədrin sözlərinə görə, 2012-2017-ci illərdə banklar Azərbaycanın bank sektorunda maliyyə texnologiyalarının inkişafına 310 mln. manat yönəldib. "Bu, bankların qeyri-faiz xərclərinin 8%-ni təşkil edir. Bütovlükdə, bank sektorunun xalis mənfəətinin 25%-i maliyyə texnologiyalarının tətbiqinə yönəldilib", - deyə Z.Nuriyev əlavə edib.
2015-ci ildə manatın iki dəfə devalvasiyası nəticəsində Azərbaycanın bank sektoru böhranla üzləşib. Bu, vaxtı keçmiş kreditlərin həcminin artmasına, onların restrukturlaşdırılmasının zəruriliyinə, bank kreditləri və əhalinin əmanətləri üzrə dollarlaşma səviyyəsinin və zərərliliyin artmasına gətirib çıxarıb.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət