Azərbaycan Mərkəzi Bankı (AMB) blockchain əsaslı Rəqəmsal İdentifikasiya Sistemini 2019-cu ilin sonunadək tətbiq etməyi planlaşdırır. Bunu AMB-nin baş informasiya inzibatçısı Fərid Osmanov deyib.
«Hazırda sistemin yaradılması üzərində fəal iş gedir. Bunun üçün işçi qrupa ölkənin 8 kommersiya bankı və bir sıra dövlət qurumları cəlb olunub. Sistem müştəri haqqında lazımi informasiyanın kredit təşkilatlarına ötürülməsini tezləşdirməyə və bürokratiyanı azaltmağa imkan verəcək. Gələcəkdə sistem genişləndirilərək başqa sahələrdə də tətbiq edilə bilər. Rəqəmsal İdentifikasiya Sistemi gələn ilin sonunadək tam hazır olacaq», - deyə o, bu gün Bakıda keçirilən III Beynəlxalq Bankçılıq Forumunda bildirib.
F.Osmanov əlavə edib ki, bu ilin sonunadək AMB sözügedən sistemin prototipini yaratmağı və təqdimatını keçirməyi planlaşdırır.
«2018-ci ilin sonunadək biz Rəqəmsal İdentifikasiya Sisteminin ilkin prototipini yaratmağı və nümayiş etdirməyi, konsept formalaşdırmağı, eləcə də rəqəmsal transformasiya planı hazırlamağı planlaşdırırıq. Bu plan Blockchain texnologiyası əsasında aparılması nəzərdə tutulan əməliyyatların siyahısını hazırlamağa imkan verəcək», - deyə o qeyd edib.
Xəbər verildiyi kimi, Azərbaycan Mərkəzi Bankı cari ilin iyul ayında blockchain əsaslı Rəqəmsal İdentifikasiya Sisteminin yaradılması üçün podratçıları müəyyən edib. 3 lotdan ibarət açıq tenderin 1-ci (blockchain əsaslı identifikasiya sisteminin yaradılması üzrə ekspert xidmətinin cəlb edilməsi) və 3-cü (blockchain əsaslı rəqəmsal identifikasiya sisteminin yaradılması) lotları üzrə “IBM East Europe/Asia Ltd”, 2-ci lot (blockchain əsaslı rəqəmsal identifikasiya sisteminin yaradılması məqsədilə texniki platformanın satın alınaraq qurulması) üzrə isə “Sanmar Elektrik ve İnşaat Malzemeleri Sanayi Dış Ticaret Limited” şirkətləri qalib elan edilib.
Tenderin şərtlərinə əsasən 1-ci lot üzrə qalib 6 ay ərzində blockchain əsaslı rəqəmsal transformasiya planı hazırlamalıdır.
2-ci lot üzrə qalib 3 ay ərzində AMB-nin binasında sistemin texniki platformasını qurmalıdır.
3-cü lot üzrə qalib 18 ay ərzində blockchain əsaslı Rəqəmsal İdentifikasiya Sistemi yaratmalıdır.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət