2018-ci ilin 10 ayı ərzində Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən 1,2 tona yaxın heroin qanunsuz dövriyyədən çıxarılıb. Bunu baş nazirin müavini, Narkomanlığavə Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov deyib.
«Bu ilin 10 ayı ərzində 2655 fakt üzrə 2,286 tondan çox müxtəlif növ narkotik və prixotrop maddə, o cümlədən 1,177 ton heroin qanunsuz dövriyyədən çıxarılıb», - deyə o, bu gün BMT-nin Yaxın və Orta Şərqdə narkotiklərin qanunsuz dövriyyəsi və aidiyyəti məsələlər üzrə alt komissiyasının Bakıda keçirilən 53-cü sessiyasında çıxışı zamanı bildirib.
Baş nazirin müavininin sözlərinə görə, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin 20%-nin işğalı nəticəsində Azərbaycanın İranla dövlət sərhədinin 132 km-lik hissəsi nəzarətsiz zonaya çevrilib.
“Həmin ərazidən Avropaya və başqa ölkələrə narkotik vasitələr daşınır. Ermənilər Azərbaycanın işğal altında olan ərazilərində narkotik bitkilər yetişdirir, narkotik maddələrin yeni növlərinin sintezi üzrə laboratoriyalar fəaliyyət göstərir, narkotik maddələrin istehsalı və tranzit bazası yaradılıb. Narkotik vasitələrin satışından əldə olunan vəsaitlər yeni silahların alınmasına, terrorçu qrupların yaradılmasına və onların təliminin təşkilinə yönəldilir», - deyə Ə.Həsənov vurğulayıb.
O qeyd edib ki, bütün bunlar dünyada mövcud olan müxtəlif münaqişə zonaları üçün təhlükənin miqyasını artırır.*
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət