Belarusun baş nazirinin müavini Mixail Rusıy Minskin Azərbaycanda şiş əleyhinə preparatların birgə istehsalını təşkil etməyə hazır olduğunu qeyd edir.
"Azərbaycanda şiş əleyhinə preparatların istehsalının təşkili üzrə gələcək addımlara hazırıq. Bu, həm iqtisadi, həm də sosial layihədir. Güman edirəm ki, tərəflər operativ qaydada əlaqə quracaqlar ki, artıq gələn il bu müəssisədə məhsul istehsal edilsin", - deyə o, ticarət-iqtisadi əməkdaşlıq üzrə Belarus-Azərbaycan hökumətlərarası komissiyasının iclasında bildirib.
M.Rusıy, həmçinin Azərbaycan və Belarus arasında nəqliyyat, logistika və neft-kimya sahəsində əməkdaşlığın perspektivliyini vurğulayıb. Onun sözlərinə görə, Belarus hökuməti, həmçinin qarşılıqlı ərzaq tədarükünün həcminin artırılmasına da aktiv şəkildə kömək etmək niyyətindədir.
"Belarusun süd, ət, qənnadı məmulatları Azərbaycan istehlakçılarına artıq yaxşı məlumdur. Biz keçən il Minskdə Azərbaycan Ticarət Evinin açılmasını və dostlarımızın digər analoji təşəbbüslərini alqışlayırıq və hökumət tərəfindən maksimum köməklik göstəriləcək", - deyə M.Rusıy qeyd edib.*
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət