Prezident İlham Əliyevin Türkmənistana səfəri çərçivəsində iki ölkə arasında nəqliyyat və yük daşımaları sahəsində əməkdaşlığın genişlənməsinə yönəlmiş sənədlər paketi imzalanacaq. Bu barədə Mərkəzi Asiya informasiya portalının məlumatında deyilir.
«Aşqabadda keçiriləcək rəsmi sammitin Azərbaycan və Türkmənistanın ikitərəfli ticari-iqtisadi əlaqələrin inkişafı naminə yük daşımaları sahəsində əməkdaşlıq məsələlərinin müzakirəsinə həsr edilməsi planlaşdırılır. Bu məqsədlə hər iki ölkənin dövlət başçıları və hökumət üzvləri tərəfindən imzalanacaq sazişlər hazırlanıb», - deyə nəşr qeyd edir.
Belə vacib sazişlərdən biri Azərbaycan və Türkmənistan ərazisi ilə və Xəzər dənizi akvatoriyasında yüklərin nəqli məsələlərinin operativ qaydada həlli üçün logistika üzrə Azərbaycan-Türkmənistan birgə komissiyasının yaradılması ilə bağlıdır.
«Bu saziş Azərbaycan və Türkmənistan arasında hər iki dövlətin cavabdehlik zonasında beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması üzrə daimi qarşılıqlı faydalı əməkdaşlığın qurulması üçün səylərin birləşdirilməsinə dair məsələlərin həllinə kömək edəcək», - deyə portal bildirir.
Bundan başqa, Bakı və Aşqabad yük daşıyıcıları və yük sahiblərinin hər iki ölkə ərazisindəki bütün nəqliyyat infrastrukturu obyektlərinə çıxışı üçün bərabər və qarşılıqlı faydalı şərtləri, bütün növ daşımalarda inzibati fəaliyyətin səmərəli şəkildə əlaqələndirilməsini təmin etmək niyyətindədir.
«Saziş, həmçinin Bakı-Tbilisi-Qars, Kerki-İmamnazar-Akina və Serhetabad-Turqundi yeni dəmir yolu xətlərinin nəqliyyat terminallarının bütün imkanlarından qarşılıqlı faydalı şəkildə istifadə edilməsini nəzərdə tutur. Daha bir vacib məqam isə bundan ibarətdir ki, saziş imzalandıqdan sonra gömrük, viza və inzibati nəzarət prosedurları sadələşdiriləcək», - deyə məlumatda qeyd olunur.
Daha bir saziş Türkmənistan Dəmir Yolu Nəqliyyatı Nazirliyi və “Azərbaycan Dəmir Yolları” QSC arasında imzalanacaq. «Yeni müqaviləyə uyğun olaraq tərəflər hər iki ölkənin ərazisi ilə yüklərin nəqlinə 50% endirim tətbiq etməyi planlaşdırırlar. Bundan başqa, Türkmənistan tərəfi Azərbaycanın dəmir yolları ilə kükürd, polietilen və gübrənin daşınmasına əlavə endirimin tətbiq edilməsi ilə bağlı Azərbaycan tərəfinin razılığını alıb», - deyə məlumatda vurğulanır.
Həmçinin “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və Türkmənistan Çay və Dəniz Nəqliyyatı Dövlət Xidməti arasında sazişin imzalanması planlaşdırılır. Sazişdə liman rüsumlarının və müəyyən xidmətlərin tariflərinin azaldılması nəzərdə tutulacaq. Bundan əlavə, saziş türkmən gəmiçilərin Azərbaycan Dövlət Dəniz Akademiyasında güzəştli şərtlərlə təhsil almasına imkan yaradacaq.*
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət