Azərbaycan Ermənistanı regiondakı bütün nəqliyyat layihələrindən məqsədyönlü şəkildə təcrid edib. Bu sözləri iqtisadiyyat naziri Şahin Mustafayev bu gün keçirdiyi mətbuat konfransında deyib.
«Azərbaycan bir neçə nəqliyyat layihəsi həyata keçirir. Onların arasında Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan-Türkiyə-Qara dəniz, Tacikistan-Özbəkistan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə-Qara dəniz, Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə-Qara dəniz, Şimal-Cənub layihələri var. Ermənistan bütün bu nəqliyyat dəhlizlərindən kənarda qalıb», - deyə nazir bildirib.
Onun sözlərinə görə, Ermənistan Azərbaycanın yürütdüyü xarici siyasətə uyğun olaraq təcrid olunub.
Ş.Mustafayev vurğulayıb ki, Azərbaycan tranzit yüklərin həcminin artmasına yönəlmiş siyasəti uğurla həyata keçirir. «İlin əvvəlindən belə yüklərin həcmi 10,4 mln. ton təşkil edib ki, bunun da 8,4 mln. tonu neftin, daha 2 mln. tonu isə qeyri-neft yüklərinin payına düşüb. Cari ilin 9 ayı ərzində qeyri-neft yüklərinin daşınma həcmi 23% artıb», - deyə o qeyd edib.
Nazir əlavə edib ki, bu il Şimal-Cənub dəhlizi ilə yük daşımalarının həcmi 100 dəfə artıb.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət