Azərbaycan hökuməti 2019-cu il dövlət büdcəsinin parametrləri üzrə proqnozlara yenidən baxıb. Bunu maliyyə naziri Samir Şərifov bu gün parlamentdə sənədin ikinci oxunuşda müzakirəsi zamanı bildirib.
«Deputatların təklifləri əsasında Azərbaycanın 2019-cu il dövlət büdcəsi layihəsinin parametrlərinə dəyişikliklər edilib», - deyə o bildirib.
2019-cu il dövlət büdcəsinin gəlirləri üzrə proqnoz 23 mlrd. 168 mln. manatadək (əvvəlki proqnoz – 22 mlrd. 917,5 mln. manat), xərcləri üzrə proqnoz 25 mlrd. 190 mln. manatadək (əvvəlki proqnoz 24 mlrd. 780,1 mln. manat) artırılıb. Dövlət büdcəsinin gəlirləri üzrə proqnoz 250,5 mln. manat, xərcləri üzrə - 409,9 mln. manat artırılıb.
Beləliklə, gələn ilin dövlət büdcəsi kəsirinin 2 mlrd. 22 mln. manatadək və ya ÜDM-nin 2,5%-i səviyyəsində (əvvəlki proqnoz 1 mlrd. 862,6 mln. manat və ya ÜDM-nin 2,3%-i) artırılması təklif olunub.
Əlavə gəlirlərin bütün həcmi Dövlət Gömrük Komitəsi tərəfindən təmin olunacaq.
Əlavə xərclərin strukturunda 80 mln. manat regionlarda əhalinin məşğulluğunun təminatı üzrə tədbirlərə, 256 mln. manat islahatların aparılmasına, 40 mln. manat aqrar-sənaye kompleksinin inkişafına, 10,1 mln. manat parlamentin fəaliyyətinin təmin olunmasına, 11 mln. manat təhsilə, qalan məbləğ isə digər məqsədlərə yönəldiləcək .
S.Şərifov vurğulayıb ki, Dövlət Neft Fondunun xərcləri 200 mln. manat artırılacaq və bu vəsaitlər qaçqın və məcburi köçkünlərin sosial-məişət problemlərinin həllinə yönəldiləcək.
Maliyyə naziri qeyd edib ki, I oxunuşda deputatlar maliyyə dəyəri 7 mlrd. manat məbləğində qiymətləndirilən təkliflər səsləndiriblər.
2019-cu il dövlət büdcəsində neftin qiyməti 1 barrel üçün 60 dollardan (2018-ci il dövlət büdcəsində $55,1) hesablanıb.
Müzakirələrin yekunları üzrə “2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsi II oxunuşda qəbul edilib.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət