BP Xəzərdə Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə süni ada yaratmağı planlaşdırır. Bu barədə şirkətin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə əlaqələr, xarici işlər və strateji məsələlər üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli məlumat verib.
«BP şirkəti 2019-cu ildə Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə 2 kəşfiyyat quyusu qazmağı planlaşdırır. Bu quyulardan biri dənizin dərinliyinin cəmi 2-5 metr olduğu Qarabataq adası tərəfdə qazılacaq. Burada süni ada yaradılacaq», - deyə o, bu gün jurnalistlərə bildirib.
2016-cı ildə Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə üçölçülü (3D) seysmik tədqiqat işləri aparılıb. Seysmik tədqiqatlar 1,52 min kvadratmetr ərazini əhatə edib, 90 kvadratmetr ərazi quruda tədqiq olunub. Seysmik işlərin yekunları üzrə Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə qazma işlərinin aparılması üçün 3 sahə seçilib.
2014-cü il dekabrın 22-də Azərbaycan Dövlət Neft Şirkəti ( SOCAR ) ilə BP şirkəti arasında Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə yerləşən potensial perspektiv strukturlarda birgə geoloji kəşfiyyat işlərinin aparılması və işlənməsi haqqında hasilatın pay bölgüsü sazişi (HPBS) imzalanıb.
Müqavilə ərazisi 1,9 min kvadratmetr təşkil edir. Saziş üzrə 50% pay BP, 50% pay isə SOCAR-a məxsusdur.
Saziş çərçivəsində işlər 3 mərhələyə bölünüb: ilkin kəşfiyyat, əsas kəşfiyyat, yataqların işlənməsi.
30 aya qədər davam edəcək birinci mərhələ çərçivəsində BP 3D və 2D seysmik tədqiqat işləri həyata keçirməli, həmçinin işlərin bütün müqavilə ərazisində ətraf mühitə təsirini qiymətləndirməlidir. Əgər BP bu müddət ərzində perspektivli strukturlar aşkar edərsə, o zaman 4 bu cür struktur seçmək və növbəti mərhələyə - əsas kəşfiyyata keçmək hüququna malikdir.
Saziş işlənmə mərhələsinin 23 il davam edəcəyini nəzərdə tutur, lakin bu dövr uzadıla bilər. BP işlənmə mərhələsinin başladığı 36 ay ərzində sənaye hasilatına başlamalıdır.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət