Qara dəniz Ticarət və İnkişaf Bankı (QTİB)Azərbaycanda milli valyutada kreditləşdirilmə imkanlarını öyrənir. Bu barədə QTİB-nin prezidenti Dmitri Pankin “İnterfaks-Azərbaycan”agentliyinə müsahibəsində deyib.
“Strategiyamızın prioritetlərindən biri – Bankın üzv ölkələrinin iqtisadiyyatının kreditləşdirilməsinin, o cümlədən bondların buraxılışı yolu ilə yerli valyutada artırılmasıdır. Və, əlbəttə ki, Azərbaycanda bu istiqamətdə imkanları öyrənəcəyik”, - D.Pankin bildirib.
Onun sözlərinə görə, hazırda QTİB-nin buraxdığı borc qiymətli kağızları Azərbaycan Mərkəzi Bankın əməliyyatlarında girov olaraq qəbul edilir.
“Bu da bizim üçün gələcəkdə manat istiqrazlarının buraxılması üçün böyük stimuldur. Qeyd etməliyəm ki, bu gün Azərbaycan bankları fəal şəkildə yerli valyuta ilə maliyyələşdirilmə axtarışındadırlar və bizim əməkdaşlar onlarla fəal danışıqlar prosesindədirlər”, - QTİB-nin prezidenti vurğulayıb.
Öncə məlumat verilib ki, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və Asiya İnişaf Bankı (AİB) həmçinin manatla istiqrazların buraxılışı imkanlarını nəzərdən keçirirlər.
Qara Dəniz Ticarət və İnkişaf Bankı 1997-ci ilin yanvar ayında Qara dəniz hövzəsi ölkələrinin iqtisadiyyatının inkişafına dəstək göstərilməsi və regional əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə yaradılıb. Onun təsisçiləri və səhmdarları 11 ölkənin – Rusiya, Yunanıstan, Türkiyə, Bolqarıstan, Ukrayna, Rumıniya, Albaniya, Azərbaycan, Gürcüstan, Moldova və Ermənistan hökumətləridir. Bankın kapitalında Azərbaycanın payı 5%-dir.
D.Pankin ilə müsahibənin tam mətni www.interfax.az saytında dərc olunub. **
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət