Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov istefa verib. Bu barədə o, jurnalistlərə dekabrın 8-də Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İcraiyyə Komitəsinin növbəti iclasından sonra məlumat verib.
Q.Qurbanov, həmçinin AFFA-nın İcraiyyə Komitəsinin üzvlüyündən çıxmaq və bütün diqqətini baş məşqçisi olduğu “Qarabağ” klubuna yönəltməklə bağlı qərar qəbul edib.
Xatırladaq ki, milli yığmaya 2017-ci ilin noyabr ayından başçılıq edən Q.Qurbanov bu postda xorvat Robert Prosineçkini əvəz edib.
«Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisinin adı yaxın vaxtlarda açıqlanacaq», - deyə AFFA-nın baş katibi Elxan Məmmədov iclasın yekunları üzrə bildirib.
O, milli komandamızın “Avro 2020”nin final mərhələsinə vəsiqə qazanmasının vacibliyini qeyd edib.
«Milli komandamız “Avro 2020”nin final mərhələsinə vəsiqə qazanarsa, doğma meydanda iki oyun keçirəcək ki, bu da rəqib üzərində müəyyən üstünlüyə malik olmağımıza imkan verəcək», - deyə baş katib vurğulayıb.
O, Q.Qurbanovun milli yığmanın baş məşqçisi postundan istefa verməsinə də münasibət bildirib.
““Qarabağ”ın göstərdiyi nəticələr də bizim üçün çox vacibdir. Təcrübə göstərdi ki, iki yerdə çalışmaq çox çətindir”, - deyə E.Məmmədov qeyd edib.*
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət