Azərbaycanda 300-ə yaxın layihə meneceri beynəlxalq sertifikata malikdir. Bunu Layihələrin İdarə Edilməsi üzrə Azərbaycan Assosiasiyasının (AzPMA) prezidenti İqbal Babayev deyib.
“Bu gün dünyada 220 min layihə meneceri beynəlxalq sertifikata malikdir. Azərbaycanda bu cür mütəxəssislərin sayı 290 nəfərdir”, - İ.Babayev çərşənbə axşamı I Milli Layihə Menecmenti Forumunda bildirib.
Onun sözlərinə görə, layihə menecmenti sahəsində beynəlxalq sertifikatlar dünyanın 70 ökəsində tanınır. “Qeyd olunan 70 ölkədən yalnız 22-si, həmçinin Azərbaycan layihə menecmenti sahəsində beynəlxalq sertifikatların verilməsi hüququna malikdir. Regional assosiasiyanın mövcud olmasına baxmayaraq, qonşu Türkiyə, İran, Gürcüstandan sertifikatlaşdırma məsələləri ilə bağlı ölkəmizə müraciət daxil olur”, - AzPMA-nın prezidenti qeyd edib.
İ.Babayev vurğulayıb ki, dünya təcrübəsi göstərir ki, kiçik layihələr daha uğurludur. “Reallaşdırılan kiçik layihələrin 76%-i uğurludur, yalnız 4%-i özlərini doğrultmur. Müqayisə üçün qeyd edim ki, yalnız sayca onuncu qlobal layihə uğurlu olur”, - o bildirib.
Onun sözlərinə görə, proqnozlara əsasən, yaxın illərdə Hindistan və Çində layihə menecmenti sahəsində ən iri artım gözlənilir. **
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət