BP şirkəti alternativ enerji sahəsində Azərbaycamda qanunvericiliyin təkmilləşdirilməsində iştirak etməyi planlaşdırır. Bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionları üzrə kommersiya məsələləri üzrə vitse-prezidenti Nayl Henderson (Niall Henderson) cümə günü jurnalistlərə deyib.
“BP Azərbaycan hökuməti ilə sıx əməkdaşlıqda karbohidrogen ehtiyatlarının işlənməsi sahəsində böyük təcrübəyə malikdir. Eyni zamanda, şirkət ölkədə alternativ və bərpa olunan enerji mənbələrinin inkişafında iştirakda maraqlıdır və milli qanunverilik bazasının təkmilləşdirilməsi prossinə öz töhfəsini verməyə hazırdır”, - N.Henderson bildirib.
Həmçinin, vitse-prezident məlumat verib ki, BP ABŞ-da külək enerjisi sahəsində fəaliyyət həyata keçirir, o cümlədən günəş enerjisi sahəsində böyük iş təcrübəsinə malikdir.
“Son illər BP dünyanın 10 ölkəsində alternativ və bərpa olunan enerji mənbələri sahəsində fəaliyyət göstərir və külək və günəş enerjisinin inkişafına töhfə verməyə hazırdır”, - o vurğulayıb.
Nazirliyin məlumatına görə, gələn həftə BP ilə Azərbaycan arasında bərpa olunan enerli mənbələri sahəsində əməkdaşlığa dair memorandum imzalanacaq. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət