Azərbaycan prezidenti İlham Əliyev “Büdcə qaydasına uyğun icmal büdcə xərclərinin yuxarı həddinin hesablanması Qaydası” təsdiq edilməsi haqqında fərman imzalayıb.
Rəsmi mətbuatda dərc olunan qaydalara əsasən, büdcə qaydasına uyğun olaraq icmal büdcə xərclərinin, o cümlədən xərclənə bilən neft gəlirlərinin yuxarı həddi müəyyən edilərkən növbəti il və sonrakı üç il üçün aşağıdakı proqnoz göstəricilərindən istifadə olunur: qeyri-neft ümumi daxili məhsulu; xam neftin orta illik ixrac qiyməti; 1 ABŞ dollarının manata olan orta məzənnəsi; neft-qaz sektorunda hasilatın və ixracın fiziki həcm göstəriciləri; Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlirləri; xam neftin və təbii qazın hasilatı ilə məşğul olan vergiödəyicilərinin hasilat göstəriciləri və həmin vergiödəyicilərinin ödədiyi mənfəət vergisinin məbləği; Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ödədiyi vergilərin məbləği; dövlət büdcəsinin qeyri-neft gəlirləri; dövlət borcu ilə bağlı göstəricilər; dövlət müəssisələrinin dövlət büdcəsi qarşısında öhdəlikləri; vahid xəzinə hesabının qalığı.
Qaydalara əsasən, icmal büdcə xərclərinin yuxarı həddi icmal büdcənin xərclənə bilən neft gəlirləri, icmal büdcənin qeyri-neft gəlirləri və icmal büdcəyə digər daxilolmalar əsasında hesablanır.
Həmçinin qayadalarda xalis maliyyə aktivləri, icmal büdcənin qeyri-neft və digər gəlirlərinin hesablanması nəzərdə tutulur.
Növbəti il üçün hesablanmış icmal büdcə xərclərinin yuxarı həddi cari ilin təsdiq olunmuş icmal büdcə xərclərinin 103%-dən çox olduqda, 103%-lik hədd əsas götürülür. **
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət