Azərbaycanda Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə qaydası təsdiq olunub.
Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı müvafiq qaydanı təsdiq edib.
Qayadaya əsasən, Agentliyin vəsaiti kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, saxlanması və satışı proseslərinin təkmilləşdirilməsi ilə bağlı layihələrin maliyyələşdirilməsi; regionların aqrar inkişafı ilə bağlı innovativ layihələrin maliyyələşdirilməsi; kənd təsərrüfatı istehsal vasitələrinin təchizatının yaxşılaşdırılması ilə bağlı layihələrin, həmçinin onların güzəştli satışının və lizinqinin maliyyələşdirilməsi; heyvandarlıq təsərrüfatlarının dövlət-özəl tərəfdaşlığı tətbiq edilməklə inkişafı sahəsində layihələrin maliyyələşdirilməsinə sərf olunan bilər.
Bundan başqa, Agentliyin vəsaiti Kənd Təsərrüfatı Nazirliyinin pilot layihələrinin maliyyələşdirilməsinə yönəldilə bilər.
O cümlədən, Qayda ilə hər bir müvəkkil kredit təşkilatı üçün müəyyən edilən kredit xəttinin maksimum həcmi (limit) 5 mln. manat səviyyəsində müəyyən olunur. Müvəkkil bankların Agentlikdən cəlb etdikləri vəsaitin ümumi məbləğinin qalığı onların məcmu kapitalının, bank olmayan kredit təşkilatlarının isə nizamnamə kapitalının 100%-dək ola bilər.
Həmçinin, sahibkarlıq subyektlərinə verilən güzəştli kreditlərin həddi, müddəti və faizləri müəyyən olunub.
Xüsusilə, Agentliyin vəsaiti hesabına aşağıdakı hədlərdə güzəştli kreditlər verilə bilər: mikrokreditlər (5 min manatadək), kiçikhəcmli kreditlər (5 min manatdan 30 min manatadək), ortahəcmli kreditlər (30 min manatdan 100 min manatadək) və irihəcmli kreditlər (100 min manatdan 200 min manatadək). Kənd təsərrüfatı istehsal vasitələrinin alınması üçün kreditlər ayrıca qrupa aiddir – onların malsimum məbləği 1 mln. manat səviyyəsində müəyyən edilib.
Güzəştli kreditlərin müddətləri aşağıdakı kimi müəyyən edilir: mikrokreditlər üçün - 2 ilədək; kiçik və ortahəcmli kreditlər üçün - 3 ilədək; irihəcmli kreditlər üçün - 5 ilədək. Kreditlər üzrə güzəşt müddəti aşağıdakı kimi müəyyən edilir: mikrokreditlər üçün - 12 ayadək; kiçik və ortahəcmli kreditlər üçün - 18 ayadək; irihəcmli kreditlər üçün - 24 ayadək.
Agentlik vəsaiti müvəkkil kredit təşkilatlarına illik 2% tətbiq etməklə verəcək. Agentliyin kredit vəsaitinə tətbiq etdiyi illik faiz dərəcəsinin ən yüksək həddi 7%-dən artıq olmamalıdır.
Bundan başqa, sənəddə kənd təsərrüfatı istehsal vasitələrinin satışı və lizinqinə tətbiq edilən güzəştlərin maliyyələşdirilməsi və monitorinq və qiymətləndirmənin həyata keçirilməsi qaydası müəyyən olunub. **
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət