SOCAR bazar ertəsi Xəzər dənizinin Azərbaycan sektorunda “Bulla-dəniz” yatağında yeni stasionar dəniz özülünü istismara verib. Bu barədə SOCAR-dan məlumat verilir.
İnşasına 2017-ci ildə başlanılmış özül “Neftqazeİlmitədqiqatlayihə” İnstitutu tərəfindən layihələndirilmiş, tikinti işləri “Neftqaztikinti” Tresti tərəfindən həyata keçirilir. Özül 1 ədəd axtarış və 4 istismar quyusunun qazılması üçün nəzərdə tutulur. Özüldə qazılacaq quyuların orta dərinliyi 6300 metr təşkil edəcək”, - məlumatda qeyd olunur.
Özüldən qazılacaq quyular üzrə ümumilikdə gündəlik 2,5 mln. kubmetr qaz, 500 ton kondensat hasil ediləcəyi nəzərdə tutulur.
Özül dənizin 30 metr dərinliyində quraşdırılır. Özüldə 36 nəfərlik yaşayış bloku, 4 İstehsalat sahəsi, “ZJ -70DBS” qurğusu quraşdırılıb. Bu qurğu vasitəsi ilə rotor səviyyəsindən 7 min metr dərinliyə qazmaq mümkündür.
Bundan əlavə, özül ətraf mühitin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə sistemi, 1 ədəd helikopter , 4 ədəd gəmi yanalma meydançası ilə təchiz olunub.
“Bu obyektin tikintisi və istismara verilməsi SOCAR-ın tam öz imkanları hesabına həyata keçirilib”, - məlumatda qeyd olunur.
“Bu ilin 11 ayında SOCAR karbohidrogen ehtiyatlarının hasilat səviyyəsini ciddi artırmağa nail olub. Bulla-dəniz-12 kimi müasir texnologiyalar əsasında inşa edilən yeni platformalar uğurlarımızın davamlılığını təmin edəcək”, - məlumatda şirkətin prezidenti Rövnəq Abdullayevin sözlərindən sitat gətirilir.
“Bulla-dəniz” yatağı Bakı arxipelaqının şimal hissəsində, Səngəçal-dəniz-Duvannı-dəniz-Xərə Zirə adası yatağından cənub-şərqdə 10 km məsafədə yerləşir.
Yatağın neftlilik-qazlılığı 1973-cü ildə qazılmış 18 saylı quyu vasitəsilə aşkar edilib. SOCAR bu yataqda hasilatın hıcmi üzrə məlumatları dərc etmir. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət