2013-2017-ci illərdə Azərbaycanda təxminən 4,7 min nəfər yol-nəqliyyat hadisələrinin qurbanı olub.
Bu barədə prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda deyilir.
“2013–2017-ci illər ərzində Azərbaycanda 11,6 min yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu hadisələrin nəticəsində ölənlərin sayı 4,691 min nəfər, sağlamlığına ağır və ya az ağır zərər dəymiş şəxslərin sayı isə 11,611 min nəfər olub, o cümlədən yetkinlik yaşına çatmayan 1,219 min nəfər həyatını itirib, 1,219 min nəfərin isə sağlamlığına ağır və ya az ağır zərər vurulub”, - deyə proqramda bildirilir.
Son beş ildə qeydə alınmış yol-nəqliyyat hadisələrinin 40%-ni piyadaların iştirakı ilə baş verən hadisələr təşkil edib.
2013–2017-ci illər ərzində Azərbaycanda yol-nəqliyyat hadisələrində ölənlərin 68,6 faizini, sağlamlığına ağır və ya az ağır zərər vurulmuş şəxslərin isə 68,7 faizini əhalinin 25–64 yaş arasında olan hissəsi təşkil edir.
Yol hərəkəti təhlükəsizliyinin səviyyəsinə təsir edən digər amil isə nəqliyyat vasitələrinin sayı və texniki vəziyyətidir. Belə ki, 2012–2017-ci illər ərzində Azərbaycan Respublikasında demoqrafik artım və əhalinin rifahının yaxşılaşması nəticəsində mexaniki nəqliyyat vasitələrinin sayı 25,6 faiz artaraq 2017-ci ilin sonuna 1 mln. 359 919 ədədə çatıb, ümumilikdə isə, son 10 ildə mexaniki nəqliyyat vasitələrinin sayı 67,5 faiz artıb.
“Ölkədə köhnəlmiş və texniki təhlükəsizlik göstəriciləri aşağı olan nəqliyyat vasitələrindən istifadə halları da çoxdur. Bu isə təhlükəsizlik göstəriciləri aşağı olan nəqliyyat vasitələrindən istifadənin məhdudlaşdırılması, yüksək təhlükəsizlik standartlarına cavab verən nəqliyyat vasitələrindən istifadəyə keçid üçün zəruri tədbirlər görülməsini şərtləndirir”, - deyə Dövlət Proqramında vurğulanır.*
R.Babayev
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət