Azərbaycan hökuməti respublikada avtomobil təkəri və rezini istehsalı üzrə müəssisənin tikintisinə investisiyaları $450-500 mln. məbləğində qiymətləndirir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“Azərbaycanda minik avtomobilləri üçün təkərlərə illik tələbat 2,5 mln. ədədə yaxın və yük avtomobilləri üçün – 500 min ədəd təşkil edir. Hazırda ölkədə təkər istehsalı müəssisəsi yoxdur, təkərlər xaricdən idxal olunur. İndi daxili istehsal üçün şərait əlverişlidir, çünki idxal olunan məhsulların qiyməti artıb”, - hökumətdən izah ediblər.
Bu məqsədlə Sumqayıt Kimya Sənaye Parkının ərazisində avtomobil sənayesi üçün rezin və təkər istehsalı müəssisəsinin yaradılması layihəsi hazırlanıb.
“Layihə təqribən $450-500 mln. həcmində qiymətləndirilir. Layihənin reallaşdırılması müddəti üç il, xərclərin çıxarılması müddəti – 5 il təşkil edir”, - hökumətdən qeyd ediblər.
Xəbər verildiyi kimi, Çinin “CNEEC” şirkəti (China National Electric Engineering Co Ltd) Azərbaycanda avtomobil təkəri istehsalında maraqlı olduğunu ifadə edib. 2018-ci ilin oktyabr ayında “Azərbaycan İnvestisiya Şirkəti” ASC və Çinin “CNEEC” şirkəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Sumqayıt Kimya Sənaye Parkı ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şəraitin formalaşdırılması, bu sahədə sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə yaradılıb.
18 şirkət SKSP-nin rezidenti statusuna malikdir. Onların layihələrə sərmayələri $2,8 mlrd. həcmində qiymətləndirilir.
CNEEC iri beynəlxalq ixtisaslaşmış injinirinq şirkətidir. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət