Azərbaycanda enerji sisteminin generasiya gücünü 1 min meqavata yaxın artırmaq planlaşdırılır. Bunu Azərbaycan prezidenti İlham Əliyev deyib.
“Ancaq mövcud enerji qurğularımızı təmir edərək, onlara düzgün xidmət göstərərək biz yeni stansiyalar tikmədən enerji istehsalını ən azı 500 meqavat artıra bilərik. Bu, çox böyük rəqəmdir. Gücü 400 meqavat olan "Şimal-2" stansiyasının işə salınması ilə biz bu il 1000 meqavata yaxın yeni generasiya gücünə malik ola bilərik. Bu, əlbəttə ki, ixrac imkanlarımızı böyük dərəcədə artıracaq. Çünki keçən il biz elektrik enerjisinin ixracından 10 milyonlarla dollar pul əldə etmişik, bu vəsait xəzinəyə daxil olub”, - İ.Əliyev cümə günü Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
Prezident xatırladıb ki, hazırda Azərbaycan özünü elektrik enerjisi ilə tam təmin edir, hətta böyük həcmdə ixrac da edir. “Ancaq biz yeni güclər yaratmalıyıq. Çünki tələbat artır, sənaye artır, əhali artır və ixrac imkanlarımız genişlənir”, - İ.Əliyev qeyd edib.
O məlumat verib ki, "Şimal-2" elektrik stansiyasının işə salınması mühüm hadisə olacaq. Bununla bərabər, keçən ilin ikinci yarısından başlayaraq Azərbaycanda enerji sistemi “çox ciddi təftiş olunur”.
“Bu sahədə çox böyük pozuntular aşkarlanıb. Məhz bu pozuntular nəticəsində biz yay mövsümündə gözlənilməz bir qəza ilə üzləşmişdik. Ona görə bütün çatışmazlıqlar operativ qaydada aradan qaldırılır və eyni zamanda, mövcud enerji bloklarımızın reabilitasiyası, yenidən qurulması prosesinə start verilib. Bu məqsədlər üçün keçən il vəsait ayrılıb”, - dövlət başçısı qeyd edib. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət