SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) bu gün şirkətin istiqrazlarının sahiblərinə 9-cu dəfə faizlər üzrə $1,25 mln. məbləğində ödəniş həyata keçirib. Bu barədə "SOCAR Capital" şirkətinin məlumatında deyilir.
“Hər istiqraz üçün $12,5 olmaqla, ümumilikdə $1,25 mln. məbləğində vəsait bir həftə əvvəldən Milli Depozit Mərkəzinin (MDM) Mərkəzi Bankdakı hesabına köçürülüb və həmin vəsaitlər artıq bu gündən istiqraz sahiblərinin bank hesablarında olacaq", - deyə məlumatda bildirilir.
SOCAR istiqrazlarının sahiblərinə faizlər üzrə ümumilikdə $10 mln. olmaqla 8 dəfə ödəniş edilib. Qeyd olunan qiymətli kağızların sahiblərinin qazancı indiki ödəniş də nəzərə alınmaqla $11,25 mln. təşkil edəcək.
İstiqrazlar üzrə növbəti faiz ödənişi aprelin 17-də həyata keçiriləcək.
SOCAR istiqrazlarının dövriyyəsi 2021-ci ilədək davam edəcək. Bu müddət ərzində istiqraz sahiblərinə daha 11 dəfə faiz ödənişi ediləcək ki, bunun da müqabilində onlar əlavə $13,75 mln. qazanmış olacaqlar. İstiqrazların dövriyyədə olduğu 5 il ərzində ümumi gəlir $25 mln. təşkil edəcək.
SOCAR istiqrazlarının təkrar bazar əməliyyatlarının ümumi həcmi hazırda $170 mln.-u ötüb və Bakı Fond Birjasında (BFB) ən çox alınıb-satılan qiymətli kağızdır –2018-ci ildə 800-dən çox əqd bağlanıb. SOCAR istiqrazlarının 2018-ci il üzrə ölkənin ümumi istiqraz bazarındakı payı 24%, korporativ istiqraz bazarındakı payı isə 87% təşkil edib.
“Hətta böyük tələbat nəticəsində SOCAR istiqrazlarının market-meyker satış qiyməti 16 yanvar tarixində ilk dəfə 1045 dollara yüksəlib”, - deyə məlıumatda qeyd olunur.
SOCAR istiqrazları dollarda illik 5 faiz gəlir gətirir və faizləri hər 3 aydan bir ödənilir.*
N.Abbasova
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət