Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Akademiyası və Belarus FHN Mülki Müdafiə Universiteti arasında əməkdaşlığın davam etdirilməsinə dair razılıq əldə olunub. Bu barə Belarusun BELTA Agentliyi məlumat verir.
“Belarus FHN Mülki Müdafiə Universiteti və Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Akademiyası arasında tədris prosesinin təkmilləşdirilməsi və hər iki müəssisənin elmi potensialının inkişafı sahəsində əməkdaşlıq davam etdiriləcək”, - Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi Baba Salayev Belaus ali məktəbini ziyarəti zamanı bəyan edib.
B.Salayev MMU-nun tədris prosesinin təşkili və maddi-texniki bazası ilə tanış olub, professor-müəllim mübadiləsi, həmçinin müəllimlərin birgə təcrübə keçmələrinin təşkilinə maraq göstərib.
“İki ölkənin xilasedici idarələri arasında etibarlı, tərəfdaşlıq münasibətləri dövlətlərimizin xilasetmə xidmətləri üçün müətəxəssislərin hazırlanması sahəsində Belarus-Azərbaycan əməkdaşlığı üçün yaxşı təməldir. Bu münasibətlərin etibarlı təməli Azərbaycan FHN və Belarus FHN arasında 2006-cı ildə əməkdaşlığa dair sazişin imzalanması ilə qoyulub. 2007-ci ildə Azərbaycandan mütəxəssislərin Belarus FHN Mülki Müdafiə Universiteti bazasında hazırılığına başlanıldı”, - Akademiyanın rəisi qeyd edib.
2007-ci ildən etibarən Belarus FHN Mülki Müdafiə Universiteti bazasında Azərbaycanın 476 nümayəndəsi hazırlıq keçib, onlardan 335 nəfər ali və daha sonra təhsil alır. 141 müətəxəssis MMU-nun “Təkmilləşdirmə və ixtisaslaşmanın artırılması İnstitutu”nun filialında qısamüddətli ixtisasartırma kurslarında məşğul olub.
Hazırda 181 Azərbaycan vətəndaşı MMU-da təhsil alır. Onlardan 163 nəfər – ali təhsilin ilk pilləsi, 18 nəfər – ikinci pilləsində (mağistratura və adyunktura) təhsil alır.
12 dekabr 2016-cı ildə Belarus FHN Mülki Müdafiə Universiteti və Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Akademiyası arasında kooperasiya haqqında müqavilə imzalanıb. **
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət