Xorvatiyanın Azərbaycandakı səfirliyinin konsulluq şöbəsi bu ilin mart ayında açıla bilər. Bu barədə “Atlantis Travel” turizm agentliyi xəbər verir.
«(…) səfirliklər (Azərbaycanda və Qazaxıstanda – İF) 2018-ci ildə açılıb və ümid edirik ki, bu ölkələrdəki konsulluq şöbələri 2019-cu ilin mart ayında tam həcmdə işə başlayacaq», - deyə “Atlantis Travel” qeyd edir.
Hazırda Xorvatiyanın Bakı və Astanadakı səfirliklərində konsulluq şöbələrinin təchizat prosesi həyata keçirilir.
«Diplomatik missiyaların təchizat prosesi başa çatdıqdan sonra Xorvatiyanın Bakı və Astanadakı səfirliklərinin konsulluq şöbələrinin fəaliyyəti haqqında əlavə məlumat veriləcək», - deyə məlumatda bildirilir.
Bundan əlavə, proses başa çatdıqdan sonra turizm vizalarının alınması üçün ərizələrin verilməsinin mümkün olması məqsədilə turizm agentliklərinin qeyd olunan səfirliklərdə akkreditasiyadan keçməsi mümkünlüyü ilə bağlı məlumat veriləcək.
Xorvatiyanın Bakıdakı səfirliyində konsulluq şöbələrinin açılması istiqamətində işlərin aparılması ilə bağlı məlumatı “İnterfaks-Azərbaycan” agentliyinə təsdiq ediblər. «Konsulluq şöbələrinin təchizatı ilə bağlı işlər aparılır. Lakin bu mərhələdə şöbələrin açılma tarixi və vizaların verilməsi barədə hər hansı məlumat verə bilmərik», - deyə səfirliyin nümayəndəsi bildirib.*
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət