Paytaxt polisi Bakı, Quba və Sumqayt şəhərləri ərazisində quraşdırılmış “Milli ön” ödəmə terminallarından 125 min manata yaxın vəsaiti oğurlamaqda şübhəli bilinən şəxsi saxlayıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
“Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşları “Milli ön” ödəmə terminallarından 122,742 min manat (cari məzənnə ilə $72,2 min – İF) və 1,2 min ABŞ dolları oğurlamaqda şübhəli bilinən, həmin şirkətdə inkasator işləyən Bakı şəhər sakini İlqar Əlixanovu saxlayıb”, - “İnterfaks-Azərbaycan” agentliyinə nazirlikdən bildirilib.
Paytaxtın Xəzər, Səbail, Nizami, Yasamal, Suraxanı, Xətai, Abşeron rayonları, respublikanın Quba və Sumqayt şəhərləri ərazisində quraşdırılmış “Milli ön” ödəmə terminallarından vəsaitin oğurlanması ötən il dekabrın 31-dən cari il yanvarın 17-dək olan müddətdə baş verib.
“İ.Əlixanovun yaşadığı evdə aparılan axtarış zamanı 42,145 min manat və 9,4 min ABŞ dolları aşkar edilərək götürülüb”, - DİN-dən qeyd ediblər. **
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət