Cari ilin aprel ayında İqtisadiyyat Nazirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) iki ixrac missiyası təşkil edəcək – Latviya və Qətərə. Bu barədə “İnterfaks-Azərbaycan”agentliyinə AZPROMO-dan məlumat verilib.
“Aprelin 7-dən 10-dək Latviyanın Riqa şəhərinə ixrac missiyası təşkil olunacaq. İxrac missiyasına qida sektoru, şərab və spirtli içkilər, tekstil, turizm sahələrində fəaliyyət göstərən şirkətlər daxil olacaq”, - AZPROMO-dan qeyd ediblər.
Bundan başqa, aprelin 12-dən 16-dək Qətər Əmirliyinin Doha şəhərinə ixrac missiyası təşkil olunacaq. İxrac missiyası qida məhsulları, tekstil, tikinti və turizm sahələri ilə məşğul olan sahibkarları əhatə edəcək.
“İxrac missiyaları çərçivəsində sahibkarlarla ikitərəfli görüşlər baş tutacaq. Həmin görüşlərdə Azərbaycan məhsullarının bu ölkələrin bazarlarına tədarükünün genişləndirilməsi məsələləri müzakirə ediləcək”, - AZPROMO-nun nümayəndəsi qeyd edib.
2018-ci ildə Azərbaycan dünyanın 10 ölkəsinə 11 ixrac missiyası təşkil edib. İndiyədək «Made in Azerbaijan» brendinin təşviqi məqsədilə ümumilikdə 24 ixcrac missiyası həyata keçriilib. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət