2019-cu ilin I rübündə Pirallahı Sənaye Parkı ərazisində iki əczaçılıq müəssisəsi istifadəyə veriləcək. Bunu iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
“Cari ilin birinci rübündə PSP-nin ərazisində iki yeni müəssisə istifadəyə veriləcək. Bu, dərman vasitələrinin qablaşdırılması üzrə «Hayat pharm» Azərbaycan-Rusiya birgə müəsisəsi və birdəfəlik şprislərin istehsalı üzrə «Diamed Co» müəssisəsidir”, - Ş.Mustafayev naziriyin geniş kollegiya iclasında bildirib.
Onun sözlərinə görə, PSP-nin ərazisindəki layihələrə (3 layihə - İF) ümumi sərmayələr $100 mln. həcmində qiymətləndirilir.
“Hayat Pharm” şirkətinin təsisçiləri “Azərbaycan İnvestisiya Şirkəti” ASC, “Vita-A” və Rusiya Federasiyasının “R-Pharm” şirkətidir. Zavodun investisiya dəyəri $74 mln. təşkil edir. İstehsal ediləcək məhsulların Gürcüstan, İran, Türkiyə, Almaniya, İsveçrə, Ukrayna və Mərkəzi Asiya bazarlarında satışının təşkili planlaşdırılır.
Birdəfəlik şpris istehsalı üzrə zavodun tikinti işlərini “Diamed CO” MMC həyata keçirir. Zavodun tikintisinə sərmayələr $4 mln. məbləğində qiymətləndirilir. Bu məbləğin $1,7 mln.-u “Azərbaycan İinvestisiya Şirkəti” ASC (ASK) sərmayələrinin payına düşür. Zavodda məhsul istehsalı üçün yerli və xarici xammaldan istifadə olunacaq. İlkin mərhələdə zavodun gücü illik 150 mln. birdəfəlik şpris təşkil edəcək. Müəssisədə istehsal olunan məhsulları həmçinin Rusiya, Gürcüstan, İran və Orta Asiya ölkələrinə ixrac etmək planlaşdırılır.
Prezident İlham Əliyev 2016-cı ilin sentyabr ayında Pirallahı Sənaye Parkının yaradılması haqqında sərəncam imzalayıb. Parkın yaradılmasında məqsəd ölkədə qeyri-neft sənaye sahələrinin davamlı inkişafını təmin etmək, sənaye sahəsində sahibkarlığı dəstəkləmək, qabaqcıl texnologiyalara əsaslanan rəqabətqabiliyyətli və innovativ sənaye sahələrinin yaradılmasını təşkil etmək, əczaçılıq sənayesini inkişaf etdirmək və dəstəkləmək, əczaçılıq məhsullarının idxalından asılılığı azaltmaq, əhalinin dərman vasitələrinə tələbatının ödənilməsində yerli istehsalı təşviq etmək, əhalinin istehsal sahəsində məşğulluğunu artırmaqdır.**
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət