2019-cu ildə Bakıda yeni peşə təhsili mərkəzi inşa olunacaq. Bu barədə təhsil nazirinin müavini İdris İsayev məlumat verib.
"Bu il Bakının Binəqədi rayonunda yeni peşə təhsili mərkəzinin tikintisi başa çatacaq. Mərkəzdə tədris 88 peşə üzrə aparılacaq", - deyə o, bu gün "Gənclərin məşğulluğu: işəgötürənlərin baxışı, çağırışlar və perspektivlər" mövzusunda konfransda bildirib.
İ.İsayevin sözlərinə görə, mərkəzin tikintisi Koreya İqtisadi Əməkdaşlıq Fondu ilə imzalanmış sazişə uyğun olaraq həyata keçirilir.
"Mərkəzdə koreyalı mütəxəssislər də dərs deyəcəklər", - deyə nazir müavini qeyd edib.
İ.İsayev vurğulayıb ki, bu gün Azərbaycanın peşə təhsili sistemində ciddi islahatlar aparılır. "Belə ki, ölkənin bölgələrində Avropa İttifaqının təhsil müəssisələrinin modernləşdirilməsi ilə bağlı 3-4 qrant layihəsi reallaşdırılır", - deyə o vurğulayıb.
Müavinin sözlərinə görə, həmçinin xüsusi olaraq seçilmiş 10 təhsil müəssisəsinin yeni avadanlıqlarla təchizatı istiqamətində tədbirlər həyata keçirilir.*
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət