SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) Rumıniyanın “Romgaz” şirkəti ilə birgə Qara dənizdə qazın kəşfiyyatı və hasilatında maraqlıdır. Bu barədə “Romgaz”ın məlumatında deyilir.
Rumıniya şirkətinin baş direktoru Adrian Volintiru Bakıda SOCAR nümayəndələri ilə əməkdaşlığın perspektivlərini müzakirə edib.
«Görüşdə qarşılıqlı maraq doğuran layihələr müzakirə olunub. SOCAR nümayəndələri neft şirkətinin “Romgaz” ilə birgə Qara dənizdə qazın kəşfiyyatı və hasilatında maraqlı olduğunu bildiriblər. “Romgaz” şirkəti Azərbaycanda quruda və Xəzər dənizinin şelfində qaz hasilatı ilə bağlı layihələrdə SOCAR-la əməkdaşlıq etmək niyyətində olduğunu bildirib», - deyə məlumatda vurğulanır.
Bundan başqa, SOCAR nümayəndələri hər iki şirkətin Trans-Anadolu qaz kəməri (TANAP) və Trans-Adriatik qaz kəməri (TAP) layihələri çərçivəsində əməkdaşlıq etməsinin mümkünlüyünü diqqətə çatdırıblar.
«Hər iki şirkət mümkün əməkdaşlığa dair danışıqları davam etdirəcək. Biz, həmçinin qazın saxlanması sahəsində təcrübə mübadiləsi imkanlarını da müəyyənləşdirdik. SOCAR və “Romgaz” 3 mlrd. kubmetr həcmində qazın saxlanması üçün güclərə malikdir və bu fəaliyyəti inkişaf etdirmək niyyətindədir», - deyə baş direktor əlavə edib.
Görüşün yekunları üzrə A.Volintiru bəyan edib ki, SOCAR-ın “Romgaz” ilə birgə iri layihələrdə iştirakı Rumıniya şirkətinin beynəlxalq bazarlara ekspansiyasına yol açacaq.
Hazırda SOCAR Rumıniyada neft məhsullarının pərakəndə ticarəti ilə məşğul olur. Rumıniyanın 19 regionunda SOCAR brendi altında 41 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir.
SOCAR 2011-2017-ci illərdə Rumıniya büdcəsinə $86,4 mln. məbləğində vergi ödəyib.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət