Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Ailə Məcəlləsinə övladlığagötürmə mexanizmlərinə dair dəyişikliklər paketi hazırlanır. Bu barədə nazirliyin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Sabir Qocayev bəyan edib.
“Fevral-mart aylarında hökumətə övladlığagötürmə mexanizmləri ilə bağlı düzəlişlərin Ailə Məcəlləsinə daxil olunmasına dair təkliflər təqdim olunacaq. Bundan öncə həmin düzəlişlər müvafiq idarələr və strukturlarla razılaşdırılacaq”, - S.Qocayev bu gün mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, dəyişikliklərin əsas məqsədi övladlığagötürmə prosedurunun sadələşdirilməsi, eyni zamanda şəffaflığının təminatı, həmçinin uşaqlar üçün daha komfortlu həyat şəraiti ilə təmin olunması cəhdidir.
“Düzəlişlər övladlığagötürmə şəffaf sistemin yaradılmasına yönəldiləcək. Məqsəd hər uşağa layiqli ailədə yer tapmaqdır. Atılan uşaqların öz ailələrinə qaytarılmasını ilkin vəzifə hesab edirik, bu məqsədlə qanunvericilikdə müvafiq dəstək mexanizmləri yaradılacaq. Əgər doğma valideynlərə qaytarılmaq mümkün olmazsa, o zaman, istənilən halda müvafiq övladlığagötürmə mexanizmi ilə bütün uşaqları əhatə etmək lazımdır”, - S.Qocayev qeyd edib.
O vurğulayıb ki, iyunun 1-dən etibarən “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” elekton altsistemi tətbiq olunacaq. Burada uşaqları övladlığa götürmək istəyən ailələr barədə zəruri məlumatlar, uşaq evlərində tərbiyə alan və artıq övladlığa götürülən uşaqlar barədə müəyyən məlumatlar yer alıb.
“Biz valideyn himayəsindən məhrum olan uşaqların və onları övladlığa götürmək istəyən ailələrin uçotunu aparacağıq”, - deyə o əlavə edib ki, bu istiqamətdə müvafiq fəaliyyət xüsusi yaradılmış işçi qrupu çərçivəsində ekspertlər tərəfindən həyata keçirilir.
Naziriyin nümayəndəsinin sözlərinə görə, bu tədbirlər beynəlxalq təcrübə nəzərə alınmaqla reallaşdırılır.
S.Qocayev qeyd edib ki, Ailə Məcəlləsinə düzəlişlər həmçinin bürokratik əngəllərin aradan qaldırılmasına şərait yaradacaq. “Yaradılacaq altsistemdə müvafiq strukturların məlumatının vahid uçotu aparılacaq. Misal üçün, əgər əvvəl övladlığa götürmək üçün on addım atmaq lazım gəlirdisə, gələcəkdə onların sayı azalacaq. Övladlığagötürmə prosedurunun sadələşdirilməsi həmçinin rəsmiləşdirilən sənədlərin sayının azalmasına gətirəcək”, - o bildirib.
S.Qocayev əlavə edib ki, övladlığa götürülən uşaqlar üçün, onlar 18 yaşına çatanadək, ailələrdə yaradılan şəraitə monitorinq nəzarəti mexanizmi yaradılacaq.
“Bununla əlaqədar, başqasının uşaqlarını övladlığa götürmək istəyən ailələrin ciddi təhlili aparılacaq. Hər bir konkret uşaq üçün ona daha çox uyğun gələn valideynlər seçiləcək. O cümlədən, bir neçə ay ərzində sınaq müddəti tətbiq olunacaq. Bundan sonra övladlığagötürmə məsələləsi ilə əlaqədar son qərar qəbul ediləcək”, - S.Qocayev bəyan edib.
Onun sözlərinə görə, I və II qrup əlillərin uşaqları övladlığagötürmə ilə bağlı qadağaya dair qanunvericilikdə olan məhdudiyyətlər aradan qaldırılacaq.
“ I və II qrup əlil vətəndaşlar üçün ayrı-seçkilik ləğv olunacaq. Bu məqsədlə fiziki xəstəliyin böyüyün həyatını nə dərəcədə məhdudlaşdırdığı öyrəniləcək, buna əsasən başqa uşağın tərbiyəsinin həmin şəxsə etibar olunması müəyyən ediləcək”, - S.Qocayev bildirib.
O, həmçinin vurğulayıb ki, övladlığa götürülən uşaqlar və onların potensial valideynlərinin yaşları arasında fərq ilə bağlı müddəa təkrar nəzərdən keçiriləcək.
“Övladlığa götürülən uşaqlar üçün valideyn seçimi zamanı, o cümlədən ailənin gəlirləri, həmçinin uşağa minimal zərcləri təmin etmək imkanı kimi meyarlar nəzərə alınacaq. Ailə ilə eyni mənzildə yaşayan digər üzvlər, onların sağlamlıq vəziyyəti, məhkumluğun olub-olmaması və bütövlükdə övladlığa götürülən uşaqların taleyinə mənfi təsir edəcək digər mümkün problemlər nəzərə alınacaq”, - S.Qocayev vurğulayıb.
Azərbaycan prezidenti İlham Əliyev 10 dekabr 2018-ci il tarixində “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminin yaradılmasını nəzərdə tutan Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.
Fərmana əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və onları övladlığa götürməyi arzu edən şəxslərin uçotunun, həmçinin övladlığagötürmə sahəsində digər xidmətlərin elektron qaydada aparılmasını təmin etmək məqsədilə nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sistemində “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminin yaradılmasını və 2019-cu il iyunun 1-dən fəaliyyətə başlamasını təmin etməlidir.
Övladlığagötürmə sahəsində vahid nəzarəti, eləcə də əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülmüş Azərbaycan Respublikası vətəndaşı olan uşaqların həyat şəraiti ilə bağlı nəzarət tədbirlərini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirəcək. **
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət