Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində (VDNX) “Azərbaycan” pavilyonunun kompleks bərpası çərçivəsində mütəxəssislər binanın daxilində işlərə başlayıblar. Bu barədə Moskva Mədəni İrs Departamentinin mətbuiat xidməti məlumat verir.
“14 saylı “Azərbaycan” pavilyonunda kompleks bərpa işləri davam etdirilir. Bütün işlər “Mosqornasledie”nin nəzarəti altında həyata keçirilir. 2019-cu ilin iyul ayınadək bərpa işlərinin başa çatdırılması planlaşdırılır”, - departamentdən qeyd ediblər.
Hazırki mərhələdə 1939-cu ilin qorunan dekorasiya elementlərinin təmizlənməsi işləri aparılır.
Qeyd olunub ki, “Azərbaycan” pavilyonu XTNS-nin əsas yaraşıqlarından biridir, onun əsas xüsusiyyəti – 1939-cu ilin qorunan interyeridir.
“Digər pavilyonlardan fərqli olaraq, 1954-cu ildə onun tam bərpası baş verməyib”, - məlumatda Moskva Mədəni İrs Departamentinin rəhbəri Aleksey Yemelyanovun sözlərindən sitat gətirilir.
14 nömrəli pavilyonun tarixi simasının bərpası məqsədilə mütəxəssislər XTNS-dəki əsas fasadın qarşısında iki fəvvarə camı, keramik plitələr, divarların və sütunların mərmər üzüklərində mozaika elementləri və naxışlardan ibarət kompleks yaradacaqlar.
14 nömrəli pavilyon 1939-cu ildə memarlar Sadıq Dadaşov və Mikayıl Hüseynovun layihəsi əsasında Azərbaycan SSR-in pavilyonu üçün tikilib. Azərbaycan heykəltəraş-monumentalisti Fuad Əbdürəhmanovun 1950-1951-ci illərdə ərsəyə gətirdiyi “Çoban” və “Azərbaycanlı qadın” heykəlləri uzun müddət bu pavilyonun əsas fasadını bəzəyiblər. Heykəltəraş “Çoban” heykəlini yaratdığına görə Stalin mükafatına layiq görülüb. Sənədli tədqiqatlar və məsləhətləşmələr zamanı Azərbaycan Milli İncəsənət Muzeyinin fondunda müəllifin gipsdən düzəldilmiş orijinal qəlibləri, həmçinin heykəllərin daha sonra tuncdan tökülmüş surətləri tapılıb.
Öncə Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, 2019-cu ildə Xalq Təssərufatı Nailiyyətləri Sərgisində (VDNX) Azərbaycan pavilyonunun açılışı olacaq. **
F.İsazadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət