Azərbaycanda icbari tibbi sığortanın (İTS) maliyyələşdirilməsinə əlavə mənbələr cəlb olunub.
Bu, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” prezident İlham Əliyevin imzaladığı fərmanda nəzərdə tutulub.
Dəyişikliklərə əsasən icbari tibbi sığorta üzrə sığorta haqları İcbari Sığorta Bürosunun (İSB) üzvü olan sığorta şirkətlərinin avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqavilələri üzrə ödənilən təqvim haqqının 50 faizi hesabına formalaşacaq.
Bundan başqa, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə sığortalı tərəfindən sığortaçıya ödənilən sığorta haqqının 5 faizi icbari tibbi sığorta üzrə sığorta haqlarının formalaşdırılmasına yönəldiləcək.
Benzin, dizel və maye qaz istehsalçıları və idxalçıları üçün də İTS üzrə sığorta haqları müəyyən edilib. Bu kateqoriyadan olan şəxslər üçün məbləğ yanacağın hər litrinə görə 0,02 manat təşkil edəcək.
Energetik içkilərə (alkoqollu və alkoqolsuz) və elektron siqaret üçün mayeyə aksiz markasının verilməsinə görə icbari tibbi sığorta üzrə sığorta haqlarıverilən hər bir aksiz markasına görə 0,1 manat, tütün məmulatlarına aksiz markasının verilməsinə görə isə 0,05 manat məbləğində (verilən hər bir aksiz markasına görə) müəyyən edilib.
İTS üzrə xidmətlər zərfi iki hissədən - baza və əlavə hissələrdən ibarət olacaq. Baza hissəsi üzrə dövlət büdcəsindən təqvim ili üçün adambaşına 29 manat köçürüləcək.
Xidmətlər zərfinin əlavə hissəsi üzrə icbari tibbi sığorta üzrə sığorta haqları belədir: sığortalı tərəfindən – hesablanmış əməyin ödənişi fondunun 2 faizi; sığortaolunan tərəfindən – işçinin əməkhaqqının 2 faizi.
18 yaşı tamam olmayan, həmçinin təhsil alan və 23 yaşı tamam olmayan şəxslər, pensiyaçılar, ünvanlı sosial yardım alan şəxslər və hamilələr üçün xidmətlər zərfinin əlavə hissəsinin məbləği 120 manat təşkil edəcək və dövlət büdcəsindən ödəniləcək.
Sahibkarlar, mülki-hüquqi müqavilələr əsasında xidmətlər təklif edən fiziki şəxslər, o cümlədən özünüməşğul əhali üçün xidmətlər zərfinin əlavə hissəsinin məbləği 120 manat təşkil edəcək, lakin onlar həmin məbləği özləri ödəyəcəklər.
Qanuna dəyişikliklər 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Hazırda İTS-in tətbiqi pilot xarakter daşıyır. Bu sistem Mingəçevir şəhəri, Yexlax və Ağdaş rayonlarında tətbiq olunur.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət