Parlamentin yaz sessiyası çərçivəsində yeni redaktədə “Turizm haqqında” qanun layihəsi Milli Məclisin müzakirəsinə çıxarılacaq.
“İkinci oxunuşda “Turizm haqqında” qanun layihəsi 2017-ci ilin yazında parlament tərəfindən birinci oxunuşda qəbul olunan sənəddən tam fərqlənəcək. Qanun layihəsinin iki variantı arasında fərq 80% təşkil edir”, - Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Onun sözlərinə görə, qanunvericilik aktının hazırlanmasında böyük fasilə turizm strukturuna daxil edilən dəyişikliklərlə əlaqədardır. “Yeni strukturlar yaradılıb – Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu. Artıq bu bazada həmin strukturların normal fəaliyyətinin təminatı məqsədilə qanun layihəsi üzərində işi davam etdiririk”, - Komitə sədri bildirib.
H.Rəcəblinin qeyd etdiyi kimi, hazırda Azərbaycanda “Turizm haqqında” qanun direktiv xarakter daşıyır. “Burada özəl, dövlət və digər icra orqanları arasında münasibətlərin cəhətləri tam əks olunmayıb. Bu qanun sırf direktiv xarakterlidir”, - o vurğulayıb.
“Yeni qanun layihəsi Türkiyə qanunu əsasında hazırlanıb, həmçinin Rusiyanın bəzi qanunvericilik sənədlərindən istifadə olunub. Məlumdur ki, Rusiyada turizm haqqında qanunların sayı birdən çoxdur”, - Komitə sədri bəyan edib.
Onun sözlərinə görə, qanun layihəsi ilkin variantda turizm sahəsində ixtisaslaşan təşkilatların lisenziyalaşmasını nəzərdə tuturdu. “Lakin müzakirələr zamanı qərara alındı ki, bu, özəl təşkilatların fəaliyyətinə əngəl törədə bilər. Bu səbəbdən, turizmin inkişafına mane olmamaq üçün lisenziyalaşmadan imtina olundu”, - H.Rəcəbli bildirib.
O qeyd edib ki, qanun layihəsinin təkmilləşdirilməsi işi turizm biznesi ilə məşğul olan təşkilat və fiziki şəxslərə yerli icra hakimiyyəti orqanları tərəfindən dəstəyin göstərilməsi və turistlərə, həmçinin bölgələrdə təklif olunan xidmətlərə nəzarətin həyata keçirilməsinə yönəldilib.
“Misal üçün, söhbət aqrar, kənd turizmi barədə gedərsə, turistlərə kənd yerlərində hansı şəraitin təklif olunacağını bilmək lazımdır. Biz bilməliyik, orada çarpayı təmizdirmi, normal sanitariya qovşağı varmı, evin və ya turizm obyektinin sahibləri kimlərdir? Həmçinin, bu məsələlərlə yerlərdə turizmin inkişafına dəstək verən yerli icra orqanları məşğul olmalıdır. Yəni, mane olmayaraq, əksinə inkişafa yardım etməklə”, - H.Rəcəbli vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan turist axının genişləndirilməsi üçün yaxşı potensiala malikdir. “Təşkilatı məsələlərdə geridə qalırıq. Axı bizım Hindistan, Çin, İran və s. ölkələrdən çox sayda turistlərin cəlb olunması üçün imkanlarımız var. Azərbaycanda təklif olunan turizm xidmətlərinin səviyyəsi yüksəkdir”, - H.Rəcəbli əlavə edib. **
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət