Azərbaycan xarici turistlər üçün daha cəlbedici olur, onları ölkənin zəngin tarixi, mədəniyyəti və müasir infrastruktur cəlb edir. Bunu “İnterfaks-Azərbaycan” agentliyinə “TMI Consultancy” şirkətinin direktoru Helen Lloyd bəyan edib.
“Azərbaycanda səfər turizminin bərpa olunması bizi ruhlandırır. Səfər turizmi inkişaf edir və beynəlxalq kütlənin diqqətini cəlb etməyə başlayır”, - “B2B Luxury@MICEWorkshop” tədbirinin beynəlxalq əlaqələndiricisi H.Lloyd bildirib.
Onun sözlərinə görə, tədbirdə iştirakl edən beynəlxalq şirkətlərin əksər nümayəndələri “işgüzar fəaliyyətləri çərçşivəsində, sonra ölkə barədə daha çox məlumat əldə etmək məqsədilə ailələri ilə birlikdə Bakıya sıx istirahətə gəlirlər”.
“Biz turizm biznesinin peşəkarları üçün Bakı-Tbilisi-Almatıda səkkizinci dəfə vorkşoplar təşkil edirik. Bu tədbirlərdə müxtəlif ölkələrdən nümayəndə heyətləri və müxtəlif mehmanxanaların nümayəndələri iştirak edirlər. Bu il Bakıya Tenerife, Kataloniya, Sloveniya və s. ölkələrdən nümayəndə heyətləri gəlib”, - H.Lloyd qeyd edib.
O vurğulayıb ki, “B2B Luxury@MICEWorkshop” tədbirinin təşkilatçısı olan Britaniyanın “TMI” şirkətinin artıq 20 ildir Moskvada nümayəndəliyi var və həmçinin Ukrayna, Azərbaycan, Qazaxıstan, Rusiya və Gürcüstan kimi istiqamətlər üzrə fəaliyyət göstərir.
“Azərbaycan tarixi və mədəniyyəti ilə zəngindir və bu gün turizm nöqteyi-nəzərindən çox cəlbedicidir. Sizin turizm şirkətləriniz beynəlxalq sərgilərdə çox maraqlı stendləri ilə fərqlənir. Azərbaycanda turizm infrastrukturu uğurla inkişaf edir”, - H.Lloyd bildirib.
Bu il Bakıda vorkşopda “Intercontinental-Vienna Hotel” və “Crown Plaza” (Rusiya) beynəlxalq otel brendləri ilk dəfə təmsil olunur. **
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət