2018-ci ildə “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 213 mln. barel (29 mln. ton) neft hasil olunub ki, bu da 2017-ci ilin göstəricisindən 0,9% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətindən (ABƏŞ) məlumat verilib.
2018-ci ildə şirkət AÇG blokunun işlənməsi layihəsi üzrə xərcləri 2017-ci illə müqayisədə 1,4% - $1,655 mlrd.-dək artırıb. «Hesabat ilində bu məbləğdən $505 mln.-u ABƏŞ-in AÇG layihəsi üzrə əməliyyat xərclərinin, $1,15 mlrd.-ı əsaslı xərclərin payına düşüb», - deyə məlumatda qeyd olunur.
Ötən il orta sutkalıq neft hasilatı 584 min barel olub (2017-ci illə müqayisədə 588 min barel - İF-Az).
Hesabat ilində “Çıraq” platformasından sutkada 46 min barel (2017-ci ildə sutkada 51 min barel - İF-Az), “Mərkəzi Azəri” platformasından 154 min barel (sutkada 137 min barel), ”Qərbi Azəri” platformasından 126 min barel (sutkada 124 min barel), “Şərqi Azəri” platformasından 97 min barel (sutkada 82 min barel), “Dərinsulu Günəşli” platformasından 105 min barel (sutkada 117 min barel), “Qərbi Çıraq” platformasından 57 min barel (sutkada 77 min barel) neft hasil olunub.
2017-ci ildə “Azəri, “Çıraq” və “Günəşli” yataqlarından 215 mln. barel neft (29 mln. tondan çox) hasil edilib.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib.
Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun 2050-ci ilədək işlənməsi haqqında yeni müqavilə imzalanıb.
Yeni müqavilə üzrə BP (Britaniya - layihənin operatoru) 30,37%, SOCAR 25%, “Chevron” (Amerika) 9,57%, “ExxonMobil” (Amerika) 6,79%, ONGC (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, “ITOCHU Oil” (Yaponiya) 3,65%, “Statoil” (Norveç) 7,27%, TPAO (Türkiyə) 5,73% pay sahibidir.
Yeni saziş çərçivəsində 2050-ci ilədək investisiya qoyuluşları $43 mlrd. məbləğində qiymətləndirilir və 500 mln. tondan çox neft hasil olunacağı nəzərdə tutulur.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət