“AzerGold”QSC fevralın 22-də Bakıda Azərbaycan istehsalı olan qızıl və gümüşdən hazırlanan sikkə və külçələrin təqdimatını keçirəcək. Bu barədə cəmiyyətin sədri Zakir İbrahimov məlumat verib.
«Sikkə və külçələrin ilk partiyası məhdud sayda buraxılıb. Bu məhsulun təqdimatı fevralın 22-də Heydər Əliyev Mərkəzində keçiriləcək. Sikkə və külçələr İsveçrənin affinaj şirkəti (“Argor-Heraus” – İF-Az) tərəfindən zərb edilib. Bu layihə yerli sahibkarlığın dəstəklənməsi və daxili bazarın inkişafına yönəlib», - deyə o, “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Z.İbrahimovun sözlərinə görə, sikkə və külçələr Azərbaycanda sertifikatlaşdırılmış zərgərlik mağazaları vasitəsilə satışa təklif olunacaq.
«Hazırda “AzerGold” «Azersuvenir» MMC ilə sikkə və külçələrin bilavasitə ölkə daxilində zərb edilməsinin təşkili ilə bağlı danışıqlar aparır», - deyə sədr qeyd edib.
Xəbər verildiyi kimi, "AzerGold" QSC 2018-ci ilin avqust ayında "AzerGold" brendi ilə qızıl və gümüş sikkə və külçələrin satışını həyata keçirməyi planlaşdırdığını elan edib.
İstehsalın ilkin mərhələsində qızıl və gümüş sikkələrin "Heydər Əliyev Mərkəzi", "Qobustan" və Qarabağ xalçasının naxışı "Çələbi" olmaqla üç müxtəlif dizaynda istehsal edilməsi planlaşdırılır. Nominal dəyəri olmayan qızıl və gümüş sikkələr, həmçinin qızıl külçələr üç çəkidə olacaq: 5, 10 və 20 qram. Bütün məhsulların üzərində Azərbaycan qızılı/gümüşü olduğu qeyd ediləcək”, - deyə məlumatda bildirilir.
“AzerGold” QSC prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb. Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət