2018-ci ilin yekunları üzrə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçılarına 23 mln. 38,9 min manat məbləğində subsidiya ödəniləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Bu qərar dünən Respublika Komissiyasının iclasında qəbul olunub.
“2018-ci ildə 23 rayon üzrə 15,627 min istehsalçı tərəfindən 230,4 min ton pambıq istehsal edilib. Təhvil verilən pambığın hər kiloqramına görə 0,1 manat subsidiya ödənilməlidir”, - deyə məlumatda bildirilir.
Bundan başqa, tütün istehsalçılarına 247,4 min manat, şəkər çuğunduru istehsalçılarına 1 mln. 106,6 min manat məbləğində subsidiya veriləcək.
Beləliklə, ödəniləcək subsidiyanın ümumi məbləği 24 mln. 392,9 min manat təşkil edəcək.
Nazirliyin məlumatına görə, 2018-ci ildə 2,7 min ton quru və 22,5 min ton yaş tütün, 276,6 min ton şəkər çuğunduru istehsal edilib.
“Pambıq, tütün və şəkər çuğunduru istehsalçılarına subsidiyanın ödənilməsi məqsədilə lazımi sənədlər müvafiq qurumlara göndərilib”, - deyə məlumatda qeyd olunur.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət