Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2019-cu ildə pensiyaların minimum məbləğinin artırılması ilə bağlı tədbirlərin görülməsi və pensiyaların indeksləşdirilməsinə əlavə olaraq 139 mln. manat yönəldəcək. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
“Əmək pensiyasının minimum məbləğinin 116 manatdan 160 manatadək artırılması haqqında Azərbaycan prezidentinin sərəncamının yerinə yetirilməsi məqsədilə Dövlət Sosial Müdafiə Fondu bu il əlavə 49 mln. manat, pensiyaların indeksasiyası üzrə tədbirlərin həyata keçirilməsinə isə 90 mln. manat ayıracaq”, - deyə o, bu gün mətbuat konfransında bildirib.
Nazirin sözlərinə görə, minimum pensiya məbləğinin artırılması ümumilikdə 233 min pensiyaçını, o cümlədən 140 min nəfər əlilliyə görə pensiya alan şəxsi əhatə edəcək.
“Əmək pensiyasının minimum məbləği martın 1-dən 38% artırılaraq 116 manatdan 160 manata çatdırılacaq. Minimum pensiya məbləğinin artırılması 233 min pensiyaçını əhatə edəcək. Onlardan 9 min nəfərin pensiyasında 93% (75 manat), 26 min nəfərin pensiyasında 30% (37 manat), 74 min nəfərin pensiyasında 16% (27 manat) artım olacaq”, - deyə S.Babayev qeyd edib.
O deyib ki, bu, Azərbaycana MDB ölkələri arasında minimum pensiya məbləğinə görə Qazaxıstanla ilk iki yeri bölüşdürməyə imkan verəcək.
«Dünən Milli Məclisin komitəsində pensiyanın minimum məbləğinin artırılmasına dair prezidentin təklifinə baxılıb. Biz parlamentin fevralın 19-da keçiriləcək plenar iclasında bu qanun layihəsinin təsdiq ediləcəyini gözləyirik», - deyə S.Babayev vurğulayıb.*
R.Babayev
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət