Azərbaycan prezidenti İlham Əliyev ölkədə Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin yaradılması ilə bağlı Komissiyanın təşkili ilə əlaqədar Komissiyanın yeni tərkibini təsdiq edib.
İ.Əliyevin müvafiq sərəncamı cümə günü dövlət başçısının saytında dərc olunub.
Azərbaycan Respublikası baş nazirinin birinci müavini Komissiyanın sədri təyin olunub.
8 nəfərdən ibarət Komissiyaya daxildir: Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi‒şöbə müdiri, maliyyə naziri, iqtisadiyyat naziri, energetika naziri, ekologiya və təbii sərvətlər naziri, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı.
Bundan əlavə, İ.Əliyev magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələlərin tənzimlənməsi məqsədi ilə komissiyanı yeni tərkibini təsdiq edib.
Komissiyanın sədri həmçinin Azərbaycan Respublikası Baş nazirinin birinci müavini təyin olunub.
14 nəfərdən ibarət komissiyaya Azərbaycan Respublikası Prezidenti Administrasiyasının nümayəndələri, daxili işlər naziri, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri, ədliyyə naziri, ekologiya və təbii sərvətlər naziri, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri daxildir.
Xəbər verildiyi kimi, SOCAR Bakıda qaz emalı və polimer komplesinin (GPC) tikintisinə başlamağı planlaşdırır. Kompleksin tikintisi üçün Səngəçal qəsəbəsi yaxınlığında 305 ha ərazi seçilib və 250 ha tikinti işləri üçün nəzərdə tutulub.
Yeni kompleksin illik gücü 9,1 mlrd. kubmetr həcmində nəzərdə tutulub. Kompleksdə, həmçinin ildə 130 min ton propilen, 42 min ton benzol, 25 min ton benzin və 600 min ton aşağı və yüksək sıxlıqlı polietilen istehsal olunacaq.
Bundan başqa, daxili istifadə üçün ildə 32 min ton buten-1, 21 min ton heksen-1 istehsalı planlaşdırılır.
Şirkət yeni müəssisənin inşasında “Technip”, “Axens”, “Sinopec Tech” və “Univation” şirkətlərinin ən qabaqcıl texnologiyalarından istifadə edəcək.
Qaz Emalı Zavodunun illik gücü təxminən 10 mlrd. kubmetr həcmində nəzərdə tutulub.
Layihənin dəyəri təxminən $4,2 mlrd. təşkil edir. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət