Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov cümə günü Münhendə Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Avropa İttifaqının komissarı Yohannes Han ilə görüşdü.Bu barədə nazirlikdən məlumat verilir.
Məlumata əsasən, görüşdə, həmçinin energetika naziri Pərviz Şahbazov iştirak edib.
“Tərəflər müxtəlif sahələrdə mövcud olan əməkdaşlıq məsələlərini müzakirə etdilər. Daha sonra tərəflər Azərbaycan və Avropa İttifaqı arasında mövcud olan strateji tərəfdaşlığın hüquqi əsasını təşkil edəcək yeni saziş layihəsi üzrə aparılan danışıqlara toxundular. Sözügedən saziş üzrə danışıqların yekunlaşmasının əhəmiyyəti qeyd edildi», - XİN-nin məlumatında deyilir.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqların cari vəziyyəti haqqında Aİ komissarına məlumat verən E.Məmmədyarov, münaqişənin həllinin regionda inkişaf üçün müvafiq şərait yaradacağını və rifah naminə sülhü təmin edəcəyini vurğuladı.
“Bundan əlavə, P.Şahbazov və Y.Han enerji sahəsində ikitərəfli əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi apardılar”, - məlumatda qeyd olunur.
Xəbər verildiyi kimi, Aİ Xarici İşlər Nazirləri Şurası 14 noyabr 2016-cı il tarixində Azərbaycanla saziş üzrə danışıqların aparılması üçün Avropa Komissiyası və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinə mandat verib.
Yeni sazişlə bağlı danışıqlara 2017-ci il fevralın 7-də başlanılıb.
11 iyul 2018-ci il tarixində Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri Sənədi imzalanıb.
Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı Günter Ottinger deyib ki, Brüssel və Bakı 2019-cu ildə strateji tərəfdaşlığa dair sazişin imzalanmasına ümid edir. **
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət