2019-cu ilin ikinci yarısından etibarən “Azərbaycan Hava Yolları” aviaşirkətinin (AZAL, “AZAL” QSC-nin strukturuna daxildir) hava gəmiləri parkına yeni müasir “Boeing-737 MAX” təyyarələri əlavə olunacaq. Bu barədə QSC-nin prezidenti Cahangir Əsgərov məlumat verib.
“2019-cu ilin ikinci yarısından etibarən Azərbaycanın milli aviadaşıyıcısının hava gəmiləri parkına yeni müasir “Boeing-737 MAX” təyyarələri əlavə olunacaq və onların ümumi sayı 10 ədədə çatacaq”, - deyə AZAL-ın mətbuat xidmətindən C.Əsgərova istinadən bildirilib.
C.Əsgərov bu gün Avropa Komissiyasının nəqliyyat və mobilliküzrə baş direktoru HenrikHololeyin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
“Görüşdə tərəflər əməkdaşlıq perspektivlərini və Azərbaycanın mülki aviasiya sahəsində Avropa mütəxəssislərinin təcrübəsinin tətbiqini müzakirə ediblər. Səfərin gündəliyini Azərbaycan və Avropa İttifaqı arasında Vahid Aviasiya Məkanına dair Saziş təşkil edir”, - deyə məlumatda qeyd olunur.
AZAL-ın ümumi marşrut şəbəkəsi 25 ölkədə 40-a yaxın istiqamətdən ibarətdir. 2017-ci ildə “Azərbaycan Hava Yolları” 2,2 mln.-dan çox sərnişin daşıyıb.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət