Fevralın 20-də Bakıda keçiriləcək "Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin V iclasında ilk dəfə Serbiya, Macarıstan və San-Marinonun nümayəndələri iştirak edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Energetika Nazirliyindən məlumat verilir.
“Çərşənbə günü iclasda ilk dəfə olaraq Məşvərət Şurasının iclasına Serbiya, Macarıstan və San-Marino kimi ölkələr də qatılacaq. Serbiyanı mədən və energetika nazirinin müavini Mirjana Filipoviç, Macarıstanı Xarici İşlər və Ticarət Nazirliyinin enerji təhlükəsizliyi məsələləri üçün xüsusi tapşırıqlar üzrə səfiri Pal Sagvari və San-Marinonu Xarici İşlər Departamentinin iqtisadi məsələlər üzrə direktoru-səlahiyyətli nazir Dario Galassi təmsil edəcək”, - nazirlikdən bildiriblər.
Bundan başqa, iclasda ABŞ-ın Dövlət katibinin köməkçisinin enerji məsələləri üzrə müavini Sandra Oudkirk və Böyük Britaniyanı baş nazirin Azərbaycan üzrə ticarət elçisi baronessa Emma Nikolson, Türkiyənin enerji və təbii sərvətlər naziri, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini, İtaliyanın iqtisadi inkişaf nazirinin müavini, Yunanıstanın Ətraf Mühit və Energetika Nazirliyinin Baş katibi, Albaniyanın infrastruktur və energetika nazirinin müavini, Bolqarıstandan energetika naziri, Xorvatiyanın ətraf mühit və energetika naziri iştirak edəcək.
Həmçinin, iclasda Monteneqronun İqtisadiyyat Nazirliyinin energetika üzrə baş idarəsinin baş direktoru Marko Reduloviç, Bosniya və Herseqovinadan isə xarici ticarət və iqtisadi əlaqələr nazirinin müavini Mato Franjiçevic tədbirə qatılacaq. Türkmənistan Prezidentinin müşaviri Yaxşıgəldi Kakayev, Rumıniyanın Energetika Nazirliyinin dövlət katibi Lulian Robert Tudorake də iştirak edəcək.
Məşvərət Şurasının iclasında Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, İnvestisiyaların zəmanəti üzrə Çoxtərəfli İnvestisiya Agentliyinin (MIGA), TANAP, TAP, SNAM, Fluxys, LNG Croatia, Plinacro, İCGB AD və Transgaz şirkətlərinin nümayəndələrinin iştirakı gözlənilir.
Xəbər verildiyi kimi, fevralın 20-də keçiriləcək toplantıda CQD layihəsinin reallaşmasına cəlb olunan ölkə və şirkətlərin nümayəndələri, həmçinin bir sıra beynəlxalq təşkilatların iştirakı planlaşdırılır.
Cənub Qaz Dəhlizinin Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də, ikinci toplantı 2016-cı il fevralın 29-da, üçüncü toplantı 2017-ci il fevralın 23-də, dördüncü toplantı isə keçən il fevralın 15-də keçirilib.
“Cənub Qaz Dəhlizi” layihəsi “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” çərçivəsində hasil edilən Azərbaycan qazının Türkiyə vasitəsilə Avropaya nəqli üçün boru kəməri infrastrukturunun yaradılmasını nəzərdə tutur.
CQD layihəsinin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişləndirilməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və Adriatik dənizini birləşdirən Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.
Layihənin dəyəri $41,5 mlrd. təşkil edir.
10 mlrd. kubmetr həcmində Azərbaycan qazının Avropaya 2020-ci ildə nəql olunacağı gözlənilir. Bundan başqa, 6 mlrd. kubmetr həcmində Azərbaycan qazı Türkiyənin qərb regionlarına nəql olunacaq. Türkiyəyə qaz nəqlinə 2018-ci ilin yayında başlanılıb.**
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət