Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) 2019-cu il üçün Əməliyyat Planı hazırlayır. Bu planda cari il üçün əsas fəaliyyət istiqamətləri öz əksini tapacaq. Bunu ASA-nın sədri Azər Əliyev deyib.
“Hazırda ASA-nın 2019-cu il üçün Əməliyyat Planının hazırlanması istiqamətində işlər aparılır. Bu planda bizim əsas vəzifələrimiz öz əksini tapacaq”, - deyə o, “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində bildirib.
Sədrin sözlərinə görə, bu il ASA-nın fəaliyyətində heç bir ciddi dəyişiklik planlaşdırılmır. Assosiasiya, ilk növbədə, başlanılmış təşəbbüsləri başa çatdırmağa yönələcək.
“Ötən il ASA bir sıra maraqlı təkliflərlə çıxış edib, onlardan bəziləri hələ reallaşdırılmayıb. Bütün bu təşəbbüslər ölkənin sığorta bazarının təkmilləşdirilməsinə yönəlib. Onlar həm sığorta haqlarının yığım həcminin artmasına, həm də ölkə vətəndaşlarının maliyyə sahəsində daha yüksək səviyyədə qorunmasının təmin olunmasına müsbət təsir göstərəcək. Ümid edirəm ki, başlanılmış təşəbbüsləri bu il başa çatdıra biləcəyik”, - deyə A.Əliyev qeyd edib.
O əlavə edib ki, ölkədə sığorta institutunun təbliği, təhsil, sığorta sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı iş və sığorta məhsullarının yaxşılaşdırılması və ya yaradılmasına dair tövsiyələrin hazırlanması prioritet istiqamətlər olaraq qalacaq.
ASA 2006-cı ilin dekabr ayında iki sığorta cəmiyyətinin – Azərbaycan Sığortaçılar Birliyinin (ASB) və Azərbaycan Sığorta Cəmiyyətləri İttifaqının (ASCİ) birləşməsi nəticəsində yaradılıb. ASA-nın yaradılmasında əsas məqsəd ölkənin sığorta bazarının inkişafının təminat edilməsi, eləcə də sığorta bazarının problemləri və perspektivlərinin müzakirəsi zamanı sığorta şirkətlərinin vahid cəbhədən çıxış etməsidir.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət