Azərbaycanın sığorta bazarı sığorta yığımlarının ən azı 1,6 mlrd. manata çatdırılması üçün kifayət qədər potensiala malikdir. Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Azər Əliyev belə hesab edir.
“Biz 2021-ci ilədək Azərbaycanda sığorta yığımlarının 1,6 mlrd. manata çatdırılmasını qarşıya məqsəd qoymuşuq. Bu tapşırığın icrası üçün potensial, əlbəttə, var, hətta açıqlandığından daha çox. Amma ona nail olmaq üçün səbir, planauyğun iş və vaxt lazımdır. Sığortanın inkişafı, ilk növbədə, ölkə iqtisadiyyatının inkişafı ilə mümkündür”, - deyə o, “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində bildirib.
A.Əliyevin sözlərinə görə, son illərdə dünyada baş verən maliyyə böhranına baxmayaraq, hər il iqtisadi və sosial yüksəliş müşahidə edirik.
“Buna uyğun olaraq sığorta sahəsində çoxlu sayda yeniliklər meydana çıxır. Sığorta bazarı dinamik inkişaf edir. Bazarın illik inkişafı 10-15% təşkil edir. Son zamanlar Azərbaycanın sığorta bazarında bu rəqəmlər daha yüksəkdir. Əminəm ki, yuxarıda qeyd olunan müddətə sığorta sahəsində elan edilmiş rəqəmlərə nail olacağıq”, - deyə o əlavə edib.
Xəbər verildiyi kimi, 2018-ci ildə Azərbaycanda sığortaçıların ümumi sığorta haqları 727 mln. 954,1 min manat olub ki, bu da 2017-ci ilin göstəricisindən 30,7% çoxdur.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət